Interaz

London Yay Olimpiadasının rəsmi bağlanış mərasimi keçirilib (VİDEO)

62 265
0
0
01:54

Опубликовано:

Bakı, 13 avuqst, SalamNews, R.Nadirli. XXX London Yay Olimpiadasının rəsmi bağlanış mərasimi keçirilib.

SalamNews xəbər verir ki,ənənəvi olaraq şou-proqram və məşhur müğənnilərin çıxışları ilə başlayan mərasim sonda olimpiya bayrağının təhvil verilməsi ilə başa çatıb. Tədbirin gedişində olimpiadada iştirak etmiş bütün ölkələrin nümayəndələri öz bayraqları ilə birgə mərasimin keçirildiyi stadiona daxil olublar. Azərbaycan bayrağını olimpiadada ölkəmizə ilk qızıl medal qazandıran Toğrul Əsgərov dalğalandırıb.

Ümumilikdə London olimpiadasında 10 medal qazanan Azərbaycan siyahıda 30-cu pillədə qərarlaşıb.Qeyd edək ki, London olimpiadasının qalibi ABŞ yığması (104 medal) olub. Çin yığması (87) ikinci, meydan sahibi Böyük Britaniya millisi isə 65 medalla olimpiadanı 3-cü pillədə başa vurub.

Növbəti Olimpiya Oyunları 2016-cı ildə Braziliyanın böyük şəhərlərindən olan Rio de Janeyroda keçiriləcək.

Следующее видео