Elvin Canturan

London 2012: Boks - Tərlan Məmmədov çətin qələbə ilə 1/4 finala yüksəldi

79 619
0
0
06:03

Опубликовано:

91 kq
Abdulhəmidovdan sonra rinqə Teymur Məmmədov dəvət olunub. Mundialın gümüş mükafatçısı 1/8 final mərhələsində Tapu Opetaya Cayla (Avstraliya) yumruqlarının gücünü yoxlayıb.

Bərabər keçən ilk raund heç-heçə başa çatıb – 5:5. İkinci hissə də eyni ssenari ilə davam edib və hər 2 idmançının 4 zərbəsi dəqiq olub – 9:9.

Qalib üçüncü raundda müəyyənləşib. Son 3 dəqiqədə daha dəqiq olan Məmmədov 3:2 hesabı ilə rəqibini məğlub edib. Yekun nəticədə isə 12:11 hesabı ilə əzmkar qələbə qazanan Teymur 1/4 finala yüksələn 3-cü boksçumuz olub.

Qeyd edək ki, Olimpiadaya 7 kişi boksçu ilə yollanan yığmamızın heyətində Soltan Migitinov (75 kq) da 1/8 finala vəsiqə qazanıb. Onlardan fərqli, Heybətulla Hacəliyev (64 kq), Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) isə yarışla vidalaşıblar. (c) Apasport

Следующее видео