Elvin Canturan

London 2012: Akademik avarçəkmə - Aleksandr Aleksandrov olimpiadanı 5-ci pillədə başa vurdu

47 400
0
0
06:18

Опубликовано:

XXX Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarında daha bir növdə medal sahibini tapıb. Apasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (M1X) 2000 m məsafəyə yürüşün qalibləri müəyyənləşib.

Final mərhələsində Azərbaycan milli komandasına ikinci medalı qazandıracağı gözlənilən Aleksandr Aleksandrov da mübarizə aparıb. İdmançımız 2-ci yürüş zolağında gücünü yoxlayıb.

22 yaşlı təmsilçimizin rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olub. Təəssüf ki, Aleksandrovun həlledici mərhələdə çıxışı ürəkaçan olmayıb. O, finiş xəttinə 5-ci çatıb. Bu isə hələlik Azərbaycan Olimpiya yığmasının heyətində ikinci göstəricinin təkrarıdır. Ondan öncə ağırlıqqaldıranımız Boyanka Kostova (58 kq) da 5-ci olmuşdu.

Yarışın çempionu Yeni Zelandiya təmsilçisi olub. İkinci yer Çexiyalı, üçüncü pillə isə böyük britaniyalı avarçəkənə qismət olub.

Qeyd edək ki, Londona 53 idmançı ilə yollanan millimizin heyətində hələlik ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazanıb.

Следующее видео

Mariya Stadnyk - Final Full izlə! (London 2012) Aliyev Ali 61 852 просмотра
Best Job - P&G London 2012 Olympic Games Film Jamka♥ 92 409 просмотра
London 2012 - Olimpiyadası Rəsmən Bağlandı (12.08.2012) Aliyev Ali 81 074 просмотра
Serj Sargsyan vs. Mr. Bean (London 2012) Aliyev Ali 104 921 просмотра