Elvin Canturan

London 2012: Akademik avarçəkmə - Aleksandr Aleksandrov finalda

47 497
0
0
00:58

Опубликовано:

Olimpiya tariximizdə yeni parlaq səhifə açmağı planlaşdıran akademik avarçəkənimiz Aleksandr Aleksandrov final mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən idmançımız bu gün London Olimpiadasının yarımfinal mərhələsində gücünü yoxlayıb.

2000 m məsafəyə yürüşdə 22 yaşlı Aleksandrovun rəqibləri Lianq Janq (Çin), Santiaqo Fernandez (Argentina), Ondrej Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya) və Tim Maeyens (Belçika) olub. 6-cı yürüş zolağında mübarizə aparan idmançımız start xəttinə saat 15:30-da çıxıb.

O, bundan əvvəlki mərhələlərdə olduğu kimi yenə lazımı nəticə qazanmağı bacarıb. Finala yüksəlmək üçün ilk “3-lük”də qərarlaşmaq lazım idi ki, Aleksandr da 3-cü olub (7:20.80). Təmsilçimizi rəqiblərindən Sinek (7:16.58) və Kempbell (7:18.92) qabaqlayıb.

Qeyd edək ki, final mərhələsi avqustun 3-də keçiriləcək.
(c) Apasport

Следующее видео

Mariya Stadnyk - Final Full izlə! (London 2012) Aliyev Ali 68 622 просмотра
Best Job - P&G London 2012 Olympic Games Film Jamka♥ 99 440 просмотра
London 2012 - Olimpiyadası Rəsmən Bağlandı (12.08.2012) Aliyev Ali 87 520 просмотра
Serj Sargsyan vs. Mr. Bean (London 2012) Aliyev Ali 112 740 просмотра