Elvin Canturan

London 2012: Ağırlıqqaldırma 58 kq - Boyanka Kostova olimpia beşincisi oldu

38 254
0
0
07:14

Опубликовано:

19 yaşlı idmançımız öncə birdən qaldırma yarışlarına qatılıb. Avropa çempionumuz müvafiq olaraq, sifariş etdiyi 100, 103 və 105 kq çəkini başı üzərinə qaldırmaqda çətinlik çəkməyib. O, hər 3 cəhdini uğurla yerinə yetirərək bu hərəkətin yekununda 19 atlet arasında 3-cü nəticəni göstərib.

Təkanla qaldırma isə həmyerlimiz üçün yaxşı başlamayıb. O, ilk sifariş verdiyi 124 kq çəkinin öhdəsindən gələ bilməyib. Lakin ikinci cəhdində həmin çəkini ram etməyi bacarıb. Kostova 3-cü yanaşmasında 128 kq-ı çəkini də qaldırıb və 2 hərəkətin cəmində yarışı 233 kq nəticə ilə bitirib.

Lakin rəqiblərinin çıxışını davam etdirməsi təmsilçimizin işinə yaramayıb. O çıxışını bitirdikdə 1-ci yerdə olsa da sonra Boyankanı 4 rəqibi qabaqlayıb və Kostova Olimpiadanı 5-ci pillədə bitirib. Milliləşdirilmiş legionerimizi bürünc medaldan isə cəmi 2 kq ayırıb.

Yarışın çempionu çinli Xueyinq Li olub. O, 2 hərəkətin cəmində 246 kq (108 kq + 138 kq) çəkinin öhdəsindən gəlməklə, 2 Olimpiya rekordu da qırıb. İkinci yeri Pimsiri Sirikayev (Tailand, 100 kq + 136 = 236 kq), üçüncü pilləni Yuliya Kalina (Ukrayna, 106 kq + 129 kq = 235 kq) tutub.
(c) apasport

Следующее видео

Best Job - P&G London 2012 Olympic Games Film Jamka♥ 85 845 просмотра
London 2012 - Olimpiyadası Rəsmən Bağlandı (12.08.2012) Aliyev Ali 74 768 просмотра
Serj Sargsyan vs. Mr. Bean (London 2012) Aliyev Ali 97 472 просмотра
facebook