Camalbeyli

“İzi itməyən cinayətlər” yeni mövsümdə Bakıda çəkiləcək

28 773
0
0
02:12

Опубликовано:

Artıq bir mövsümü uğurla geridə qoyan yaradıcı heyət ikinci mövsümə start verdi. Detektiv janrda çəkilən silsilə verilişlər az bir müddətdə ekran qarşısında geniş izləyici toplaya bildi. Söhbət CTV-nin istehsalı olan hər bazar günü saat 21:00 da Region TV-nin efirində yayımlanan “İzi itməyən cinayətlər” sənədli maarifləndirici televiziya layihəsindən gedir. Kriminal mövzuda silsilə çəkilən verilişlərdə bu sezon bir neçə yeniliklər öz əksini tapacaq. Əməkdaşımız layihənin yaradıcı heyətini elə çəkiliş meydanında lentə alıb. Detektiv janr həvəskarları “İzi itməyən cinayətlər” sənədli maarifləndirici televiziya layihəsini yeni mövsümdə də Region Tv-nin efirində izləyə biləcəklər. Yay tətilindən çəkilişlərini davam etdirən yaradıcı heyətlə görüşüb, maraqlı anları yaxından izlədik. Layihənin koordinatoru və eyni zamanda ssenaristlərdən biri Ramil yeni mövsümdə yaradıcı heyətin qarşılarına qoyduğu məqsədlərdən danışdı. Bildirdi ki, müxtəlif mövzularda seriallar gözlənildiyi halda telekanallarımızda kriminal tərbiyəvi əhəmiyyətli verilişlər çox azdır. Nümayiş olunan yerli seriallarımızın demək olar ki, əksəriyyətində kriminal elementlər azlıq təşkil edir. Əlbəttə ki, kriminal bütün zamanların müəyyən miqdarda tamaşaçı auditoriyası qazanan mövzusu olub. Ümumilikdə kriminal mövzulara həsr olunan süjetlərə həmişə rast gəlmişik. Amma bizim bu layihəni ərsəyə gətməyimizdə məqsədimiz tam fərqlidir. Əvvəlki buraxılışlarda yerli aktyorların yer aldığı bölümlərdə indi rolları paytaxt Bakıdan dəvət olunan tanınmış aktyorlar da canlandırır. Bədii-sənədli maarifləndirici televiziya layihəsinin ssenari müəllifi və rejissoru Tərlan Göycəlidir. Layihənin koordinatoru Ramil deyir ki, ilk bölümlərdə Cənub bölgəsini əhatə edən rayonların müxtəlif məkanlarında çəkilən bu verilişlərin növbəti bölümləri yeni mövsümdən digər rayonlarda da çəkiləcək. Bildirək ki, CTV-nin istehsalı olan “İzi itməyən cinayətlər” sənədli-maarifləndirici televiziya layihəsi Azərbaycan teleməkanında detektiv janrda silsilə yayımlanan ilk verilişdir.

Следующее видео

Bakıda yeni metrostansiyalar açıldı Video Machine 19 973 просмотра
Bakıda yeni informasiya tabloları - XÜSUSİ REPORTAJ Video Machine 19 023 просмотра
Bakıda bank müdirini qətlə yetirən şəxs tutuldu Video Machine 25 141 просмотра
Bakıda hoteldə qətl - bank müdiri öldürüldü Video Machine 29 910 просмотра
Bakıda ata qızını qətlə yetirib Video Machine 26 398 просмотра
Bakıda uçan binanın yeni görüntüləri yayıldı (HD) New_video 42 294 просмотра
İSESCO Bakıda 5 yeni qətnamə qəbul etdi Vision Tv 20 183 просмотра
Bakıda qadın jurnalist anası ilə birgə qətlə yetirildi Interaz 36 748 просмотра