Spaceman

İsmayıllıda qiyamın ikinci günü

53 635
0
0
10:13

Опубликовано:

Bu gün, yəni yanvar ayının 24-ü İsmayıllıda yenidən aksiya olub. 500 çox insan toplaşıb, icrabaşı Nizami Ələkbərovun istefasını tələb ediblər.



Polis etirazçılara müdaxilə edib, nəticədə qarşıdurma yaranıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən, təzyiqli sudan istifadə edilib.



Qarşıdurmada xeyli sayda xəsarət alanlar və saxlanılanlar var.



Rayonda vəziyyət gərgin olsa da hal-hazırda sakitçilikdir. Yenidən aksiyaların olacağı gözlənilir.



Əraziyə Daxili Qoşun hissələri, Çevik Polis Alayının, İsmayıllı və digər rayonların polis şöbələrinin əməkdaşları cəlb olunub.

Следующее видео