Interaz

İsmayıllı rayonuna infotur təşkil olunub

41 461
0
0
02:04

Опубликовано:

Bakı, 6 avqust, SalamNews, V.Həsənli. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium Tourism & Congress DMC”nin təşkilatçılığı ilə avqustun 4-5-də İsmayıllı rayonuna infotur təşkil edilib.

SalamNews-un İsmayıllıya ezam olunan xüsusi müxbirinin verdiyi məlumata görə, turizm şirkətləri nümayəndələrinin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə gerçəkləşən infotur zamanı iki marşrutun təqdimatı keçirilib. Bunlardan biri “Qırxotaq əfsanəsi” mədəni turizm marşrutu, digəri isə “Fit dağı əfsanəsi” ekoloji marşrutudur. Bundan əlavə, ikigünlük səfər zamanı iştirakçılar İsmayıllının tarixi-etnoqrafik kəndləri olan Basqal və Lahıcı gəzmək, eyni zamanda Buzxana, Qırxotaq abidələri, Fit və Nil dağlarında yerləşən qədim məscidlərin qalıqları ilə tanış olmaq imkanı qazanıblar.

İnfoturda 30-dan çox şəxsin iştirak etdiyini bildirən “Millennium Tourism & Congress DMC”nin rəhbəri Ruslan Quliyev məlumat verib ki, bu kim infoturların təşkil olunmasında əsas məqsəd Azərbayanın ayrı-ayrı səfalı bölgələrində yeni turizm marşrutların kəşf edilməsi və ölkənin turizm potensialının ictimaiyyətə çatdırılmasıdır. Onun sözlərinə görə, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcək.

Следующее видео

"3x3 Qızlar turniri" təşkil olunub Www.1news.az 5 204 просмотра
facebook