Irelitv

"İnsan hüquqları günü"nə həsr olunmuş tədbir

65 341
0
0
02:59

Опубликовано:

Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun "İnsan hüquqları günü" kimi qeyd edilməsi ilə bağlı "İRƏLİ" Gənclik Mərkəzində insan hüquqlarına dair tədbir keçirilmişdir. İnsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Azərbaycan Hüquqşünaslar Konfederasiyası, "İRƏLİ" İB Hüquq Mərkəzi, ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı təşəbbüsü və birgə əməyi nəticəsində adıçəkilən tədbir təşkil edilmişdir.

Bütün iştirakçılar üçün açıq elan edilən tədbirdə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Hüquq şöbəsi baş məsləhətçisi Zaur Nağıyev ekspert qismində iştirak etmişlər. Tədbirdə Azərbaycanda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, müasir dünyada insan hüquqlarına verilən önəm, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər, insan hüquqlarının pozulması faktları və onun qarşısının alınması yolları, ayrı-ayrı kateqoriya insan hüquqları müzakirə mövzusu olmuşdur. Eyni zamanda, ekspert Zaur Nağıyev qaçqın və məcburi köçkünlərin hüquqlarını ətraflı şəkildə izah etmiş və iştirakçıların sualları əsasında mövcud olan real problemlərin həll yollarını müzakirə etmişdir.

Tədbirdə gənc hüquqşünasların "İnsan hüquqları günü" və vətəndaşların hüquqi bilikləri üzrə Bakı şəhərində apardıqları sorğu və yuxarıda adı qeyd edilən 4 nüfuzlu təşkilatın əməkdaşlığı ilə 13-17 tarixləri arasında keçirilən və insan hüquqlarına həsr edilən silsilə treninqlərdən bəhs edən videoçarx da nümayiş etdirilmişdir. Sonda insan hüquqlarına dair beynəlxalq və yerli qanunvericilikdən bəhs edən müxtəlif materiallar tədbir iştirakçılarına paylanmışdır.

Следующее видео