Video Machine

İctimai nəzarət gücləndirilir

31 083
0
0
01:01

Опубликовано:

Vergilər Nazirliyində “İctimai iştirakçılığın təmin olunması, ictimai şuraların yaradılması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Milli QHT Forumunun “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi bütün dövlət qurunlarında ictimai şuraların yaradılmasını stimullaşdırmaqdır.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni layihənin mahiyyəti haqqında CBC-yə məlumat verib:

"İctimai iştirakçılıq haqqında qanunu və ictimayi şuraları təşviq eləyək ki, ilin sonuna qədər bu şuraları yaratmayan təşkilatlar, qurumlar da bunları yaratsınlar. İstəyirik ki, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən, eyni zamanda vətəndaşların dövlət və hökümət qərarlarının qəbul olunmasında iştirakının təmin olunması baxımından maarifçilik işi aparılsın. Hər bir insan, hər bir vətəndaş öz hüququnu bilsin. O cümlədən, əlaqədar qurumlar bu məsələlərlə, bu qanunlarla əlaqədar olaraq öz hüquqlarını bilsinlər ki, onlar hansı şuraları, hansı formada, necə yaratmalıdırlar. Bu məsələdə biz öz tədqiqatlarımızı aparırıq və öz xidmətimizi də göstərməyə hazırıq. Hansı nazirliyin, hansı dövlət qurumun ehtiyacı varsa, biz onunla əməkdaşlıq edib bu şuranı yaratmağa hazırıq".

Следующее видео