Habil Yashar

Habil Yaşar Zəngimi gözləmə şeri və zəngimseli

28 966
0
0
00:32

Опубликовано:

Zəngimi gözləmə.

Bir də telefonun çalmayacaqdır,
Mən zəng etməyəcəm bir daha sənə.
Dəstəyin gözləyib ağlayacaqdır,
Həsrət qalacaqdır mənim səsimə.

Nömrəni yadından çıxarmasam da,
Silib ürəyindən mən atacağam.
Nə vaxt telefona yaxınlaşanda,
Özgə birisinə zəng vuracağam.

Hər dəfə telefon zəngi çalanda,
İnamla dəstəyi götürəcəksən.
Ümidin məhv olub, boşa çıxanda,
Dərindən köksünü ötürəcəksən.

Qəzəblə dəstəyi yerə ataraq,
Hönkürə-hönkürə ağlayacaqsan.
Dərin fikirlərə, qəmə bataraq,
Üz tutub Allaha yalvaracaqsan.

Düşmən kəsiləcək telefon sənə,
Əlinə almağa çəkinəcəksən.
“Allah kərim” deyib dəstəyi yenə,
Bəlkə də inamla götürəcəksən.

Bir daha zəngimi gözləmə bəsdi,
Mən zəng etməyəcəm bir daha sənə.
Bütün təsəllilər bil ki, əbəsdi,
Yazıqsan, rəhm elə özün-özünə.

2002 Habil Yaşar ...

Bu şerin zəngimcel kodları :
zengim.az 6070--106818
megaArt.az 6070--725641a

Следующее видео

Habil Yaşar Gözlərin Habil Yashar 26 593 просмотра
Habil Yaşar Quş kimi Habil Yashar 20 461 просмотра
Habil Yaşar Bir rəsm payım Habil Yashar 19 819 просмотра
Habil Yaşar Bəs niyə sevdirdin özünə məni Habil Yashar 20 852 просмотра
Habil Yaşar Amalım Habil Yashar 18 162 просмотра
Habil Yaşar Please charge... Habil Yashar 20 308 просмотра
Habil Yaşar Ruhumun sevgiyə ehtiyacı var Habil Yashar 22 121 просмотра
Habil Yaşar Yeni Şerlərinin yığması Habil Yashar 19 628 просмотра
Habil Yaşar Quş kimi şeri Habil Yashar 24 223 просмотра
Habil Yaşar Nizami Gəncəvi Habil Yashar 23 795 просмотра
facebook