Habil Yashar

Habil Yaşar Unuda bilmərəm bu məhəbbəti

23 182
0
0
05:25

Опубликовано:

Unuda bilmərəm bu məhəbbəti.

Ağlama ürəyim, gülmə ürəyim,
Sən beləcə yaşa bu həqiqəti.
Məni də ürəksiz bilmə “ürəyim”,
Unuda bilmərəm adı sən olan,
Sinəsi köz dolu bu məhəbbəti.

Hər yerdə, hər zaman görərəm səni,
Kölgəmsən, kölgəmdən qaça bilmərəm.
Çoxları ürəkdən sevsə də məni,
Heç kəsə qəlbimi aça bilmərəm,
Özün qazanmısan bu ləyaqəti.

Ürək sevdiyini unuda bilməz,
Sevgisiz bir ürək döyünərmi heç?
Heç kimsə dərdimi ovuda bilməz,
Sənsiz üzüm gülüb, sevinərmi heç?
Tək səndə taparam bu səadəti.

Əllərin əlimdən uzaq olsa da,
Ruhumu ruhuna bağlayacağam.
Bəzi etiraflar qınaq olsa da,
Sonsuz həsrətinlə ağlayacağam,
Eşqindən alaram bu dəyanəti.

Ruhumu canımdan alıb gedərsən,
Yoxluğum da səni izləyəcəkdir.
Məni sevəcəksən, sevməyəcəksən,
Habil yalnız səni düşünəcəkdir,
Əsla qırmayacaq bu sədaqəti.

Habil Yaşar











Следующее видео

Habil Yaşar Unuda bilmərəm bu məhəbbəti şeri Habil Yashar Yazar 5 724 просмотра
Habil Yaşar Unuda bilmərəm bu məhəbbəti Habil Yashar Yazar 4 345 просмотра
Habil Yaşar Bu gecə həsrətin özündən böyük Habil Yashar 32 722 просмотра
Habil Yaşar Quş kimi şeri Habil Yashar 23 406 просмотра
Habil Yaşar Bəlkə də Habil Yashar 21 811 просмотра
Habil Yaşar Ol Habil Yashar 22 473 просмотра
Habil Yaşar Həyat Habil Yashar 26 334 просмотра
Habil Yaşar Yaşamaq olmayır səni ey həyat! Habil Yashar 28 427 просмотра
Habil Yaşar Zəngimi gözləmə şeri və zəngimseli Habil Yashar 27 469 просмотра
facebook