Habil Yashar

Habil Yaşar Həyat

61 141
0
0
03:12

Опубликовано:

Həyat
Həyat - gözəldi deyirsiniz, ancaq onu gözəl yaşamaq istəmirsiniz.
Həyat – bir yuxu kimi şirindi deyirsiniz, ancaq onu acılarla doldurursunuz.
Həyat – çox qısadı deyirsiniz, ancaq bu qısa zamanı düzgün dəyərləndirə bilmirsiniz.
Həyat – sevdiyinizlə mənalıdı deyirsiniz, ancaq ona xəyanət etməklə mənasızlaşdırırsınız.
Həyat – gül qoxuyur deyirsiniz, ancaq onun ətrini qoxulayıb yerə atırsınız.
Həyat – şer kimidir deyirsiniz, ancaq onu duyub, hiss eləmədən oxuyursunuz.
Həyat – bir cənnətdi deyirsiniz, ancaq onu cəhənnəmə döndərməklə məşğulsunuz.
Həyat – bir qadın qədər cazibədardır deyirsiniz, ancaq onu zorlamış kimi təhqir edirsiniz.
Həyat – səndən doymaq olmur deyirsiniz, ancaq onu özünüzdən iyrəndirəcək qədər zəhərləyirsiniz.
Həyat – daim ondan danışırsınız, ancaq heç zaman onun qədrini bilmirsiniz, bilmirsiniz, bilmirsiniz.
Habil Yaşar

Следующее видео