Habil Yashar

Habil Yaşar Bəlkə də

24 051
0
0
04:30

Опубликовано:

Bəlkə də...

Məni anlamadı dünyada heç kim,
Bəlkə mən özüm də anlaşılmazam.
Bəlkə birisinə sirli bir aləm,
Başqa birisinə çox dayazmışam.

Hər kəsin özünün öz düşüncəsi,
Heç kəsin qəlbini oxumaq olmur.
Mənim ürəyimdə hər kəsə yer var,
Bəlkə də içində yaşamaq olmur.

İçim qasırğalar, tufanlar dolu,
Kimlər yaşayar ki, bu xarabada.
Bəlkə də içimdə ölmüşəm düzü,
Ruhumu gəzirəm bu xarabada.

Yox, yox qınamıram mən özgələri,
Mən özüm özümə düşmən olmuşam.
Özüm öz içimdə öləndən bəri,
Özüm də özümdən küsən olmuşam.

Mən özüm özümü anlamıramsa,
Kimlər anlayacaq, duyacaq məni.
Bəlkə də məndən də dəli adamlar,
Bir dəli yerinə qoyacaq məni.

Habil Yaşar 27.04.2014





Следующее видео

Habil Yaşar Bəlkə də Habil Yashar 14 999 просмотра
Habil Yaşar Zəngimi gözləmə şeri və zəngimseli Habil Yashar 30 753 просмотра
Habil Yaşar Quş kimi Habil Yashar 21 602 просмотра
Habil Yaşar Bir rəsm payım Habil Yashar 21 096 просмотра
Habil Yaşar Bəs niyə sevdirdin özünə məni Habil Yashar 21 993 просмотра
Habil Yaşar Amalım Habil Yashar 19 302 просмотра
Habil Yaşar Please charge... Habil Yashar 21 702 просмотра
Habil Yaşar Ruhumun sevgiyə ehtiyacı var Habil Yashar 23 442 просмотра
Habil Yaşar Yeni Şerlərinin yığması Habil Yashar 20 944 просмотра
Habil Yaşar Quş kimi şeri Habil Yashar 25 520 просмотра
Habil Yaşar Nizami Gəncəvi Habil Yashar 25 195 просмотра