WEB Dizayn Studiya

Google-dan Gizli 1 Dünya: Deep Web Nədir

13 089
0
0
11:01

Опубликовано:

Bildiyimiz, tanıdığımız internetdən fərqli olaraq, özəl bağlantılardan qurularaq hər kəsin asanlıqla girəbilmədiyi sahədə yerləşdirilmiş saytların olduğu şəbəkəyə Deep Web (ingiliscədən tərcüməsi – Dərin İnternet) adı verilmişdir.
Kompyuterinizi internetə qoşaraq Google-da axtarış apararaq bütün saytları tapabiləcəyinizi düşünürsünüzsə, bu yazını oxuduqdan sonra anlayacaqsınız ki, doğurdan da yanılırsınız.
Axtarış Sistemlərinin Sərhədinin Bitdiyi Yer
Deep webə Google, Yahoo, Bing, Yandex, Mail.ru, ya da başqa axtarış sistemlərilə giriş etmək mümkün deyil. Bizim tanıdığımız və varlığından xəbərimiz olmayan, ancaq internetdə çalışan bütün saytlar axtarış sistemlərində indekslənmədiyi üçün, yəni axtarışda tapılmadığı üçün başqa ölçüdə yer alır.
İndekslənməmələrinin səbəbi isə, istifadəçi güvənliyinin olmaması, qanunla qadağan edilmiş məzmunlar və bir çox başqa məsələlər ola bilər.
Tanıdığımız Webin Arxasında Bir Dünya
Buzdağının görünməyən üzü kimi adlandıra biləcəyimiz deep webin içərisi tanıdığımız internet ilə (axtarış sistemləri ilə) qarşılaşdırdığımızda çox böyükdür.
Sosial mediya şəbəkələri, xəbər saytları, bloglar, onlayn proqram platformaları, oyun, film-serial saytları və ağlınıza gələn hər tip sayt bütün internetin yalnız 4 %-ni təşkil edir.
Buzdağının görünməyən üzü – Deep Web belə böyük bir digital (rəqəmsal) sahədir.
Deep Webə Necə Girək?
İnternetin arxa baxçası sayılan deep webə girmək üçün özəl bələdçilərdən yararlanmaq lazımdır.
Günümüzdə bunun ən tanınmış yolu Tor Browser-dir. Bu bələdçini kompyuterinizdə quraşdırdıqdan sonra deep webə giriş edə bilərsiniz. Ancaq sonrakı addımda standart internetdə öyrəşdiyimiz kimi Google-a girib axtarış edərək istədiyinizi tapa biləcəyinizi düşünməyin. TOR (The Onion Router) sizin IP-ni biranlıq olaraq dəyişdirir: Amerikadan, ya da Hindistandan girmiş kimi görünərsiniz və anonimliyinizi qoruya bilərsiniz. Bu, VPN servisləri kimi tərcih edilən bir işdir.
Tor ilə bilinən tanınmış sahələrə girə bilərsiniz, ancaq belə gəzintiniz çox qısa olacaqdır. Buradakı bütün saytların .onion uzantılı (sufiks) dəyişən ünvanları olur. Bu saytları tapmaq üçün də müəyyən siyahı saytlarına keçməyiniz gərəkdir. Standart domenlər, standart url-lar yerinə, aksjhdksjh6543.onion kimi ünvanlar görə bilərsiniz.
Hidden Wiki – Deep Webin Wikipediası
Yalnız yönləndirmə ilə giriş edə biləcəyiniz saytlara yetişmək üçün, deep webin görünən üzünün giriş qapısı Hidden Wikiyə girə bilərsiniz. Bu dünya ilə maraqlanıb girməyə qərar verənlərin uğradığı ilk nöqtə orasıdır. hiddenwiki.org ünvanında dərinlərlə bağlı olan bilgilər yer alır. Ancaq ora da daxil olmaqla, məzmunun çox böyük bir parçası ingiliscədir.
Deep Webə Girmək Cinayətdirmi?
Nə brauzer olaraq Tor işlətmək, nə də deep webə girmək bir cinayətdir. IP ünvanınızı, güclü altyazısı ilə anlıq olaraq dəyişdirən bir anonimlik aləti olan Tor Browser ilə standart internet bağlantısı da sağlaya bilərsiniz – bu artıq sizin seçiminizdən asılıdır.
Deep webin legallığına yenidən dönərək deyək ki, hə, girmək qanunidir. Ancaq 95 %-nin illegal olduğu bir dünya olduğunu da unutmamaq gərəkdir.
İnternetin dərinliklərində sizi nə gözləyir?
Bir bilgi okeanı olaraq düşünülə biləcək internetdə axtarış edərkən şəbəkə qurduğunuzu düşünə bilərsiniz. Üzdəki bilgilərə qoşulmaq asandır, ancaq dərinlərdə nə olduğunu əsla bilə bilməzsiniz.
Bəziləri tərəfindən deep web üçün “heç kimin aça bilmədiyi, ancaq çox önəmli və faydalı” verilənlərin olduğu bir dünya düşüncəsi dilə gətirilməkdədir. Ancaq bütün saytların özəl bələdçilərdə olduğu bu dünyada, hər hansı bir yoxlama, kontrol, izləmə və başqa idarəetmənin olmadığı, ya da çox-çox çətin olduğu üçün – hətta ağlınıza gətirə bilməyəcəyiniz, uc nöqtələrdəki məzmuna da sıx-sıx rastlanır.
Kimlər işlədir?
Dark Net olaraq da bilinən bu digital ekosistem hackerlərin, bilim adamlarının, uyuşdurucu satanlarının, muzdlu qatillərin, fizikaçıların, siyasətçilərin, hökumətin, polisin, terroristlərin, pozğunların, məlumat tacirlərinin, qaçaqmalçıların və buna bənzər bir çox insanın sığındığı bir yerdir.
Qadağan olunmuş, gizli kitabların PDF-ləri, ya da işə yararlı, hər hansı bir qanunsuzluğu olmayan məzmunların deep web ekosistemində çox kiçik bir yer tutduğunu söyləsək yanlış olmaz. Və təbii ki, alıcı/satıcı qılığında bir çox polisin, agentin də “maraqlılarını” gözlədiyini söyləyə bilərik (iddialar var).
Deep Webdə Xidmət Sektoru
Ağlınıza da gəlməyəcək ilanlarla qarşılaşa biləcəyiniz bu dünyada, istədiyiniz bir şeyi bir oğruya sifariş verə bilərsiniz. Oğurluğu edib, sizə o anların videosunu göndərməyi təklif edənlər var.
Saxta sənədlər – pasport, viza və etibarnamələr adınıza hazırlanır.
Tapançalara, ya da avtomatlara toxunmaq çətin deyil, ancaq deep webdə ağır silahların, özəl hazırlanmış silahların satıldığını görə bilərsiniz. Polislərin və agentlərin görünmədiyi bir dünyada, deep webdən 1-2 sifariş etmək nə qədər məntiqlidir, orasını biz bilmərik.
Çirkli pulların yuyulması xidməti göstərilir. Anladığınız kimi, Bitcoin ilə.
Deep webin kiçik biznesmenləri olan xakerlər Facebook, Twitter, ya da mail hesabları hacklamağı (qırmağı) söz verirlər. Kiber oğrular isə oğurlanmış kart bilgilərini sata bilər.
Muzdlu qatillər istədiyiniz adamı ortadan qaldıra biləcəyini iddia edir.
Rəsmi Pul Vahidi: Bitcoin
2014-cü ildə digital dünyada ən çox səs salan olaylardan biri “Bitcoin” olmuşdu. Tarixi daha da keçmişlərə gedən digital pul vahidi olan Bitcoin, bir anda dəyərini 1000 dollardan yuxarıya qaldırdıqla dünyanın diqqətini çəkdi. BTC-nin tanınması ilə birlikdə, yatırım məqsədi ilə alış-satışı da başlamış olsa da, ortaya çıxma zamanı və istifadə yeri yenə deep webə dayanır.

Ardı: http://www.web.com.az/google-dan-gizli-1-dunya-deep-web-n%C9%99dir/

Следующее видео

Azərbaycan 1-0 Norveç (Dünya Çempionatı 2018) Video Machine 19 164 просмотра
Miri Yusif və Röya - #Səndən1Dənədir Video Machine 16 403 просмотра
facebook