Camalbeyli

Gənc Elçilər - Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı

15 417
0
0
03:25

Опубликовано:

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Gənc Elçilər” Proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib.
Konfransa dövlət himni ilə start verilib. Konfransda ilk öncə açılış nitqi ilə Lənkəran şəhəri Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxış edib. Konfrans zamanı Milli Şuranın sədr müavini Aysun Zeynalova tərəfindən Lənkəran gənclərinə Milli Şura və onun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Konfransın gedişatında Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən “Gənc Elçilər” proqramının təqdimatı keçirilib. Təqdimatda proqramın məqsədi, imkanlarından və fəaliyyətindən danışılıb.Bundan başqa Milli Şuranın əməkdaşları Lənkəran gənclərini Azərbaycan gənclərinin beynəlxalq layihələrə qoşulmaq imkanları, Erasmus+ proqramı, Avropa Könüllülük Xidməti və digər imkanlar haqqında məlumatlandırıblar. Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Lənkəran şəhərində keçirilən konfrans Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf edilir. Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan gəncliyinə verdiyi töhvələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Operator və montaj : Camalbəyli Şəhriyar

Camalbəyli FİLM sifariş əsasında lentə almışdır.Bu videonun bütün hüquqları Camalbeyli FİLM tərəfindən qorunur. © 2017

Следующее видео