Video Machine

"Formula 1" əyləncə zonasında həyəcan yaşanır

20 436
0
0
02:13

Опубликовано:

Dənizkənarı Milli Parkda yaradılan “Formula 1” əyləncə zonası həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub. Hər kəs burada “Formula 1” həyəcanını yaşayır.

Bir-birindən həyəcanlı oyunlar, “Formula 1” avtomobilləri. Bunların hamısı dənizkanarı milli parkda yaradılan “Formula 1” əyləncə zonasındadır. “Formula 1” həyəcanını yaşamaq istəyənlər buradakı xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.

Zonaya gələn Bakı sakinləri bu məkanda çox əyləndiklərini bildirirlər.

“Formula 1” əyləncə zonasında simulyasiya oyunları, azyaşlı uşaqlar üçün əyləncə məkanınında könüllülərin və marşalların fəaliyyətini işıqlandıran xüsusi güşələr var. Burada həmçinin könüllülər də sakinlərə yardım göstərirlər.

"Formula 1” əyləncə zonası 3 ay ərzində səhər saat 10-dan axşamm saat 10-dək fəaliyyət göstərəcək.

Следующее видео