Video Machine

"Formula-1"ə hazırlıqlar yekunlaşır

38 348
0
0
02:59

Artıq bir neçə həftə sonra Bakı küçələri Formula 1-in trekinə çevriləcək. Yarışmanın başlamasına artıq bir aydan az vaxt qalIb və bütün hazırlıq işləri yekunlaşmaq üzrədir.

“Bakı Şəhər Halqası”nın sözçüsü Nigar Arpadai deyir ki, Bakı şəhər halqasında 6 km-lik asfalt qatı tam olaraq yenilənib: "Və bu ən son texnologiyalara uyğun olaraq edilib. İndiki mərhələdə biz artıq tribunaların quraşdırılmasına başlamışıq. Və təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlamışıq. Yaxın iki həftə ərzində tikinti ilə bağlı bütün işlər yekunlaşacaq. Ondan sonra da artıq əməliyyatlarla bağlı işlərimiz gedəcək".

Avropa Qran Prisinə sayılı günlər qalmış Formula 1-in ulduz səfirlərindən olan müğənni Tünzalə Ağayeva yarışmaya həsr etdiyi mahnını azarkeşlərə təqdim edib.

“Formula-1”in ulduz səfiri Tünzalə Ağayeva bildirir ki, öz təşəbbüsü ilə mahnı yazıb: "Mənim töhfəm nə ola bilər? Əlbəttə ki, mahnı ola bilərdi. Odur ki, mahnı bəstələdim. "Sürət" adlı mahnının sözləri sevimli nəğməkar-şair İsmayıl Dadaşova aiddir. İnanıram ki, mahnı gənclərin sevimli mahnısına çevriləcək. Çünki, mahnı yalnız sürət haqqında danışmır, çox böyük motovasiya edir, enerji verir".

"Formula-1" yarışmasına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu bir dövrdə Avropa Qran prisinin könüllüləri yarışı həyəcanla və tam hazır vəziyyətdə gözləyirlər.

Könüllülər Nigar Əliyeva, Günel Cəfərova, Murad Muradov yarışa hazırlıqlar çərçivəsində gördükləri işlərdən danışıblar.

Artıq paytaxtın müxtəlif yerlərində "Formula-1"i simvolizə edən atributların quraşdırılmasına başlanılıb. Bakının Xətai rayonundakı Xətai parkında yarış maşınının maketi quraşdırılıb.

Qeyd edək ki, Bakı Şəhər Halqası boyunca gecə-gündüz iş aparılır. Vətəndaşların xüsusilə günün qaranlıq vaxtlarında maşınlarını yol boyunca park etmələri hazırlıq işlərinə maneə törədir. Bu səbəbdən yarış təşkilatçıları vətəndaşlardan xahiş edir ki, yarış həftəsinə qədər Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından istifadə etsinlər.

Следующее видео