Video Machine

Ermənistanda gərginlik - Silahlılar polisə hücum edib - Nə baş verir?

11 489
0
0
01:24

Опубликовано:

İyulun 17-i səhər Yerevanda bir qrup müxalif silahlı şəxs Erebuni rayon polis idarəsinə hücum edib. Silahlılar polis idarəsini ələ keçirib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər içəridə bir neçə polisi girov götürüblər. Onların dinc yolla azadlığa buraxılması üçün silahlılarla danışıqlar aparılır.

“Təsisedici Parlament” adlı müxalif qrup bəyanat yayaraq, ötən ay hakimiyyəti zorla devirməkdə tərsiqləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edib.

Qrupun sözçüsü Varuzhan Avetisyan da qiyama qalxdıqlarını bəyan edib. O, hakimiyyəti devirəcəklərini və siyasi məhbusları azad edəcəklərini bildirib.
Polis ərazini mühasirəyə alıb

Məşhur müxalifətçi deputat Nikol Pashinyan polis idarəsinə baş çəkərək oranı zəbt edənlərlə söhbət edə bilib. Yenicə yaradılmış Vətəndaş Razılığı adlı partiyanın lideri olan Pashinyan hücum edənlərdən birinin başından ağır yaralı olduğunu, özünü pis hiss edən polisin buraxıldığını söyləyib.
Təsisedici Parlament hərəkatı prezident Serzh Sarkisian-ın istefası tələbi ilə tez-tez Yerevanda etiraz aksiyaları keçirməsi ilə tanınır.

Qrup Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştli mövqe tutduğunu iddia edərək hakimiyyəti kəskin tənqid edir.
**
TV-lər göstərmir? Saytlar yazmır? Bizi izləyin! Youtube Kanalımızda Azərbaycanda və Dünyada baş verən hadisə və xəbərləri izləyə bilərsiz.

Daha çox korrupsiya, rüşvət, insan haqları, məmur özbaşnalığı və digər sahələri işıqlandırmağa çalışırıq! Bu sahədə siz də bizə yardımçı ola bilərsiz.

Следующее видео

Ermənistanda həkimlər ölüləri qarət edib Video Machine 11 453 просмотра
Milli Şuranın mitinqində YAP-çılar da iştrak edib Vision Tv 14 674 просмотра
Aksiyaçılar erməni bayrağını yandırdılar Video Machine 6 848 просмотра
Ermənistanda Etirazlar Davam Edir Video Machine 8 433 просмотра
Ermənistanda gərgin vəziyyət davam edir Video Machine 11 983 просмотра