Video Machine

Ermənilərin təklifi rədd edilib

21 029
0
0
03:56

Опубликовано:

ATƏT Paplament Assambleyasının 25-ci sessiyası işini davam etdirir. Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub. Azərbaycan nümayəndə heyəti üzv ölkələrin bəzilərinin ərazilərində həll olunmamış münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, ATƏT məkanında təhlükəsizliyə ciddi təhdid olması barədə 4-cü maddəyə düzəliş olunmasını təklif edib.

Ermənistan nümayəndə heyəti bu düzəlişə qarşı çıxıb. Amma onların Azərbaycanlı parlamentarilərin təklif etdiyi əlavənin qarşısının alınması üçün göstərdiyi cəhdlər nəticəsiz olub.

Ermənistan nümayəmdə heyəti layihənin 5-ci maddəsinə “xalqların öz müqəddəratını təyin etmə prinsipi”nin əlavə olunmasını təklif edib. Azərbaycan tərəfi bu bəndin ATƏT-ə üzv ölkələrin beynəlxalq hüquqla tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına səbəb olduğunu bildirib və təklifə etiraz edib.

Erməni deputatların layihənin 12-ci bəndinə təklif etdiyi 20-ci əlavə də qəbul olunmayıb. Erməni deputat Azərbaycan Ordusunun tərkibində İŞİD və ən-Nusra cəbhəsinin üzvlərinin döyüşçülərinin olduğunu iddia edib. Ermənilərin bu təklifi də etirazla qarşılanıb və qəbul olunmayıb. Azərbaycan nümayəndə heyətinin üzvləri erməni tərəfinin bu cür məsuliyyətsiz çıxışlarını danışıqlar prosesinə maneə kimi qiymətlədiriblər. Ermənistan nümayəndə heyəti daha bir zərbəni İqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitəsinin iclasında alıb. Ətraf mühitin mühafizəsi, transsərhəd su hövzələrindən istifadə və Çernobıl atom elektrik stansiyasında qəza ilə bağlı məsələlərin müzakirəsi zamanı Milli Məclisin deputatı Kamran Nəbizadə köhnə avadanlıqla təchiz olunmuş və yüksək seysmik aktivliyi olan zonalarda yerləşən atom elektrik stansiyalarının potensial təhlükə olduğunu və fəlakət yaradacağını deyib və onların istismarının dayandırılmasını təklif edib. Bildirib ki, istismar müddəti başa çatan stansiyaların fəaliyyəti gələcəkdə radiasiya qəzalarına və nüvə fəlakətinə səbəb ola bilər. Ermənistan nümayəndəsi Azərbaycan tərəfinin təklifinə qarşı çıxış edib, tədbir iştirakçılarını bu düzəlişin əleyhinə səs verməyə çağırıb. Buna baxmayaraq, komitənin üzvləri yekdilliklə Azərbaycan tərəfinin düzəlişinə səs veriblər.

Следующее видео

Qarabağdan Alçaq ermənilərin görüntüləri Video Machine 17 073 просмотра
Ermənilərin növbəti oğurluğu Video Machine 17 163 просмотра