Video Machine

Dünyanı fəth edən sənət

25 107
0
0
04:27

Опубликовано:

Azərbaycan xalqının ruh musiqisi, daxili dünyasının güzgüsü və dünyaya yayılan səsi – muğam. Minilliklər boyunca peşəkar xanəndələrin yetişdiyi Azərbaycanda, muğam ifaçılığının nəsildən nəsilə ötürülməsi ənənəsi bu gün də davam edir. Xüsusilə Qarabağ, Şirvan və Abşeron bölgələrində davam edən bu ənənə, dünya mədəniyyət incisi muğamın etibarlı əllərə, gələcək nəsillərə ötürülməsinə hesablanıb.

Muğam dünya sənət incisi kimi qəbul edikdikdən sonra bu sənətə gənclər və uşaqlar arasında maraq xüsusilə artıb. Heydər Əliyev fondunun himayəsi ilə son 10 il ərzində keçirilən istər yerli, istərsə də beynəlxalq muğam festivalları muğamın əvvəlki şöhrətini bərpa edib. Əvvəllər muğamı əsasən yaşlı nəsil dinləyirdisə, indi bu möcuzəvi sənətin gənc dinləyiciləri dəfələrlə çoxdur. Muğamın milli təfəkkürün və özünüdərkin inkişafına verdiyi töhfənin əvəzsiz olduğunu deyən xanəndələr, gənc ifaçıların yetişməsinə ehtiyacın olduğunu düşünürlər.

XALQ ARTİSTİ CANƏLİ ƏKBƏROV bildirib ki, gənc nəsil muğam sevir:

"Qabaq belə deyildi. İndi muğama məhəbbət, meyli-məhəbbət zənginləşib. Mən sevinirəm ki, bu gün bizim gənclər bizdən muğam istəyirlər, qoy belə olsun. Belə ola həmişə".

XALQ ARTİSTİ GÜLYAZ MƏMMƏDOVANIN sözlərinə görə, hər musiqi janrı öz yerində: estradamız, milli vokal sənətimiz öz yerində, musiqi alətlərimiz hamısı gözəldir, hamısı dinlənilir:

"Muğama sevgini görmək mənə çox xoşdur ki, muğama qarşı gənclərimizin belə sevgisi var. Demezdim diqqəti yoxdur, var".

Muğam musiqisinin spesifik xüsusiyyətlərini nəzərə alan musiqişünas və peşəkar ifaçılar valideyinlərə övladlarının istedadını vaxtında aşkarlamağı məsləhət görürlər. Amma gənc ifaçıların sənət yolunda müəyyən çətinliklər də istisna deyil. Peşəkarların fikrincə, muğam sənətinə uşaq yaşlarından başlayan ifaçıların səsində müəyyən transformasiya dövrü yaşanır. Bu zaman müəyyən səs dəyişiklikləri, ifaçıların muğam sənətini davam etdirməməsinə səbəb olur. Buna görə də, vaideyinlərə uşaqlarını gənc yaşlarda musiqi alətləri ifaçılığına yönəltməsi məsləhət görülür.

XALQ ARTİSTİ ZABİT NƏBİZADƏ qeyd edib ki, muğama yetkinlik yaşından gəlmək yaxşıdır:

"Yəni uşaq dövründə, lap körpə çağlarında hansısa alətə yönəltsələr musiqini yaxşı bilərlər. Əgər yetkinlik dövründən sonra səsi dəyişməzsə, ələxsus oğlan uşaqlarının. Çünki qız uşaqlarında yüzdə birdə səs dəyişməsi ola bilir, oğlan uşaqlarında isə yüzdə birində səs qala bilir".

Gənc ifaçılar deyirlər ki, muğam ifa edərkən, daxili dünyaları zənginləşir və səsləri məhz hisslərinə, ruhlarına köklənir.

GƏNC İFAÇI ELMİR HÜSEYNOV muğama çox böyük hörmət edir:

"Duyğum var, həvəsim var. Uşaqlıqdan muğamla yaşamışam. Ürəylə, muğamı çox sevirəm".

GƏNC İFAÇI TALEH MƏMMƏDOVUN sözlərinə görə, muğam oxuyarkən elə bilirəm muğamı dünyaya tanıdıram və o hissləri yaşayıram:

"Gələcəyimi muğam təhsili ilə davam etdirəcəm".

Müğam 20-ci əsrin sonlarından başlayaraq amerikalılar və avropalılar arasında sürətlə populyarlaşıb. Keçən əsrin 70-ci illərindən başlayaraq UNESCO Azərbaycan muğam sənətini “kəşf edib”. 1975-ci ildə UNESCO “Musiqi mənbələri” seriyasında Azərbaycan muğamları da yer alıb. Əsrin sonunda 2008-ci ildə isə Azərbaycan muğamı UNESC-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Seçimə 70 dövlət öz irs nümunələrini təqdim edib. Onlardan əvvəlcə 28 ölkə seçilib. Muğam mənzil-qərargahı Parisdə yerləşən UNESCO divarları arasında xanəndə Alim Qasımovun ifası ilə tannıb və dünya mədəniyyətinin incisi kimi qəbul edilib. 1999-cu il noyabrın 19-da Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO - Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanıb. O bu mükafatı qazanan yeganə azərbaycanlı xanəndədir.

Следующее видео

2015-ci ildə günəş təyyarəsi dünyanı fəth edəcək Azertac 11 528 просмотра
Türkiyəni fəth edən Elnurun növbəti çıxışı Video Machine 18 545 просмотра
Sevgi dünyanı xilas edəcək Yaradılış Azərbaycan 16 243 просмотра
XÜSUSİ REPORTAJ-Kraliçanı valeh edən Qarabağ atları Video Machine 23 263 просмотра
Yanan səma Asif Mir 111 390 просмотра