Spaceman

Dövlət məmurları və müxalifət liderlərinin "Facebook" hesabı var

29 981
0
0
02:13

Опубликовано:

Sosial şəbəkələrdə insanlar əsasən həyatlarında baş verən yeniliklər, dostları, gəzib gördükləri və ya bəyəndikləri şeyləri dostları ilə paylaşırlar, xoşladıqları görüntüləri bəyənir, facebook dili ilə desək like edirlər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Facebook"da səhifə yaratmasından sonra, “Dövlət məmurlarından və Müxalifət liderlərindən daha kimlərin “Facebook” hesabı var?” sualı hər kəsi düşündürür. Prezident İlham Əliyevin adına “Facebook"da çoxlu sayda səhifələr var. Həmin səhifələrin əksəriyyətində isə president.az saytına istinadən dövlət başçısının fəaliyyəti ilə bağlı paylaşımlar edilir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya aid səhifəni 106.890 nəfər bəyənib. Mehriban Əliyeva ilə bağlı xəbərlər, statuslar, video görüntülər və şəkillər həmin səhifədə yer alıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeni yaradılan facebook səhifəsinin artıq 9.854 izləyicisi var. Səhifədə ictimai-siyasi səpkili statuslar paylaşılır. Fövqəladə Hallar Naziri (FHN) Kəmaləddin Heydərov “Facebook"a 2012-ci ildən qoşulub. Nazir səhifəsində özü və nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar yayır, statuslar paylaşır. Xarici işlər naziri Elmar Məmmədyarov isə 2013-cü ildən facebooka qoşulub. Səhifədə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar və digər məsələlərə aid fikirlər yer alıb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Facebook"dakı səhifəsi 1563 nəfər tərəfindən bəyənilib. Səhifədə nazirliyin fəaliyyəti ilə bağlı xəbərlər, təbriklər verilib. Müxalifət liderləri də facebook sosial şəbəkəsində aktivdirlər.
© Kanal13

Следующее видео

Ukrayna müxalifətinin liderləri inqilab anonsu verdi Vision Tv 18 721 просмотра
Dövlət məmurları haqqında şer Zahid Baku 23 965 просмотра
Azərbaycanın qudurmuş dövlət məmurları baxsın! Zahid Baku 27 740 просмотра
Azərbaycanlı məmurlar haqqında qəzəl Zahid Baku 20 896 просмотра
Dövlət niyə dalımıza şoççik qoymur? Zahid Baku 24 513 просмотра