Video Machine

Daun sindromlu uşaqların dəb nümayişi keçirilib

36 606
0
0
02:09

Опубликовано:

Müxtəlif rəqslər, bir-birindən maraqlı kompozisiyalar və ilk dəfə olaraq “Dəb nümayişi”. Bunların hamısı “Biz günəşin şəfəqləriyik” adlı tədbir çərçivəsində Daun sindromlu uşaqların ifasında nümayiş olundu.

Tədbirin məqsədi Daun sindromlu uşaqların cəmiyyətə adaptasiyasını təmin etmək, onların cəniyyət üçün faydalı olduğunu göstərməkdir.

Nümayişdə iştirak edən millət vəkili Qənirə Paşayeva deyir ki, bu uşaqların daha çox diqqətə ehtiyacı var:

"Bu cür uşaqlara zamanında lazımi diqqət, qayğı göstərəndə onların istedadlarının üzə çıxması üçün addım atanda, bu uşaqların həm özlərinin xöşbəxt olmasına şərait yaradır ki, onlar evlərə qapanıb qalmasınlar. Həm də cəmiyyət üçün yararlı ola bilərlər. Bu gün uşaqlarımız məhz bunu nümayiş etdirdilər".

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Bırliyinin Sədri Sevinc Abdullayeva tədbirin əhəmiyyəti barədə danışır:

"Biz bu gün sübut etdik ki, Daun sindromlu uşaqlar hər kəs kimidirlər. Əgər onlara lazımı diqqət göstərilsə, cəmiyyətə çox yararlı şəxslər ola bilərlər. Cəmiyyət bu uşaqlara qayğı ilə yanaşsa, həqiqətən də ortaya çox gözəl mənzərə çıxar".

Valideynlər də onların uşaqlarına göstəriələn qayğıdan razıdırlar.

Valideyn Aytən Səfərli deyir ki, uşaqların əvəzinə çox həyəcanlanıblar: "Bu gün podiuma çıxdı uşaqlarımız. Çox xoşbəxtəm. Həyəcanlanırdıq, onları normal uşaqlar arasında görmək çox gözəl bir hissdir".

Daun simdromlu uşağın anası Sevda Babayeva belə bir tədbirin təşkilini müsbət qiymətləndirir:

"Çox şadıq ki, bizim mərkəzdə belə layihə həyata keçirilir. Hər şey yüksək səviyyədə təşkil olunub. Hamısına təşəkkürümüzü bildirirk. Özünüz də görürsünüz ki, bütün valideyinlərin sevinicinin həddi-hüdüdü yoxdur".

Övladları nümayişə qatılan valideynlər çox yüksək əhval-ruhiyyədə idilər.

Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Следующее видео