Ramin

Çin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir

51 553
0
0
00:57

Опубликовано:

Bakı, 2 aprel (AzərTAc). Aprelin 2-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Səfir Xun Tsyuin Azərbaycan ilə Çin arasında 20 il əvvəl qurulmuş diplomatik münasibətlərin ötən müddət ərzində iki ölkə liderlərinin şəxsi dəstəyi ilə yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.
Ölkələrimiz arasında qarşılıqlı siyasi etimadın və ənənəvi dostluğun möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu vurğulayan diplomat vurğulamışdır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. Çin ilə Azərbaycan arasında mövcud dostluq və qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq münasibətləri ölkələrimizə və xalqlarımıza böyük fayda verir.
“Çin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir”, - deyən səfir ölkələrimiz arasında münasibətlərin parlaq gələcəyinə əminliyini bildirmişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırmışdır.
Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu qeyd edən Z.Əsgərov bildirmişdir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin, 2005-ci ildə isə Prezident İlham Əliyevin Çinə səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına böyük təkan vermişdir. Vurğulanmışdır ki, Azərbaycan və Çin beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyirlər. Çin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında daim ədalətli mövqedən çıxış etmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Следующее видео

facebook