Spaceman

Cəmil Həsənli istefalardan danışdı

41 585
0
0
01:08

Опубликовано:

Milli Şuranın sədri Cəmil Həsənli Publika.Az—a açıqlamasında son istefalara münasibət bildirib. C. Həsənli “El” hərəkatının sədr müavini Mehdibəy Səfərovun istefasını da normal qarşıladıqlarını deyib.
Milli Şura sədri seçkidən sonra quruma qəbul olunanlardan çox, istefa verənlərin olduğuna münasibət bildirib. Onun sözlərinə görə, Milli Şuranın kifayət qədər üzvü var: “Sadəcə olaraq yeni əsasnamə qəbul etməliyik. Bu əsasnamə müzakirə mərhələsindədir. Buna Koordinasiya Şurasının ötən iclasında baxıldım və hazırda bu əsasnamə üzərində iş davam edir. Bu yaxınlarda yekunlaşacaq. Milli Şuranın toplantılar və sessiya keçirmək üçün üzvlərinin sayı yetərlidir. Koordinasiya Şurasında 5-6 professor, bir o qədər də elmlər doktoru var. Azərbaycanda hansı siyasi qurumda bu qədər intellektual potensial var?!”.
Milli Şura sədri “El” hərəkatının sədri Eldar Namazovun “Cəmil Həsənlinin dedikləri həqiqətə uyğun deyil” açıqlamasına münasibət bildirmək istəmədiyini deyib.“Eldar Namazovun dediklərinə münasibətim yoxdur. Bildirmək istəmirəm. Münasibətim mətbuatda olub. Bundan artıq da sözüm yoxdur”-deyə o qeyd edib.

© Kanal13

Следующее видео