Django Mango

Canavar Totemi

66 829
0
0
02:38

Опубликовано:

Wolf Totem http://www.video.az/ru/movie/watch/8128/totem-volka-Wolf-totem-2015-hdrip
Oskar mükafatı qalibi Jan Jak Anno baş qəhrəmanları heyvanlar olan filmləri ilə tanınır. Önun “Ayı və iki qardaş” adlı dramatik filmi Kambocada doğulduqdan sonra ayrı düşən əkiz pələng balalarından bəhs edir. Annonun sonuncu “Canavar Totemi” filmi Monqolustan canavarı haqdadır.
1967-ci ildə Mao Tsedun Çində Mədəni İnqilab adlanan kampaniyaya start verdi. Şəhərli tələbələrə kənd əhalisinin maarifləşməsi tapşırıldı. Pekinli tələbə Çen Zen də uzaq Monqolustan torpaqlarına göndərildi. Onun ağlına gəlməzdi ki, nə vaxtsa Monqolustanının yaşıl təbiətini, otlaqlarını, çobanlarını və mal-qaranın qənimi olan, ağllı yırtıcı canavarını sevəcək.
Rejissor Jan Jak Anno filmini Çində ən çox satılan avtobioqrafik novella “Canavar Totemi” kitabı əsasında çəkib. “Kitabda mənim ən çox xoşuma gələn element balansa ehtiyacın təsviri idi.”
Kitabın dərc edilməsindən 60 il sonra Çin hökuməti əsərin ekranlaşdırılması məqsədilə Annonu ölkəyə dəvət etdi. “Mən təbiətin mühafizəsi üçün bu qədər can atan insanlar görməmişdim. Onlar “ya bunu edəcəyik, ya da öləcəyik” deyirdilər.”
Filmin əsas süjet xətti Çen Zengin ölümdən qurtardığı canavar balasına sevgisi üzərində qurulub. O, canavarı aralarında görmək istəməyən kəndlilərin qəzəbinə tuş gəlir. Eyni zamanda yerli rəsmilər bu heyvanın artırılmasını istəyir. Kitabda olduğu kimi Anno öz filmində canavarın nəslinin kəsilməsini Monqolustanın təbiətinə mənfi təsir göstərə biləcəyini nümayiş etdirir.
“Canavarların kökünün kəsilməsi sıçovullar kimi gəmiricilərin artması deməkdir ki, bu da qoyunlar üçün otun yoxa çıxmasıdır. Canavarların ekologiya üçün rolu böyükdür.”
Anno byu filmi çəkmək üçün heyvan təlimçisi Endryu Simpsonla birlikdə Çində 4 il qalmalı olub. Onlar bu müdətdə Monqolustan canavarların böyüməsini kamera ilə yaxından izləyiblər. “Onlar mənim təlim keçdiyim heyvanlar arasında ən ağıllısıdır. Onlar çox ağıllıdır. Canavarlar instinktə əsaslanaraq hərəkət edir.”
Üzləşilən sınaqlara baxmayaraq "Canavar Totemi" gözləntiləri üstələyir. Bir vaxtlar "Tibetdə 7 il" filminin rejissoru Annoya düşmən kəsilən Çin hökuməti filmin Oskara namizədliyini dəstəkləyib.


Следующее видео