Asif Mir

Bu gün Səyavuş Aslanın doğum günüdür

210 790
0
0
01:46

Опубликовано:

Bu gün Səyavuş Aslanın doğum günüdür
Həyatı
Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:
Bayram («Kəndimizin mahnısı», K. Kərimov),
İbişov («Özümüz bilərik», Ş. Qurbanov),
Fürzuzbala («Altı qızın biri Pəri», M. Əlizadə),
Şubay («Ulduz»),
Dadaşbala («Hicran», S. Rəhman),
Qəmzəli («Qaçırılmış qız», C. Məmmədov),
Misir Nəsir («Lənət sənə, kor şeytan», F. Aşurov),
Orduxan bəy («Əlli yaşında cavan», Z. Hacıbəyov)
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır:
Mindilli («Nişanlı qız», S. Rəhman),
Luka («Həyatın dibində», M. Qorki),
Ağaəli («Günah», R. Əlizadə),
Romul Avqustul («Böyük Romul», F. Dürrenmatt),
Oddamdı («Od gəlini», C. Cabbarlı),
Fəriş («Bizim qəribə taleymiz», İ. Əfəndiyev),
Cabbar («Sevgililərin cəhənnəmdə vüsalı», İ. Əfəndiyev),
Ağamusa Fərəcov («Dəlilər və ağıllılar», İ. Əfəndiyev),
Vanya Koxa («Hökmdar və qızı», İ. Əfəndiyev),
Qərib Qulam («Mənsiz dünya», N. Xəzri),
Əsdulla («Ah, Paris…Paris!..», Elçin),
Kişi («Mənim ərim dəlidir», Elçin),
Baş redaktor («Mənim sevimli dəlim», Elçin),
Yoldaş tək («Poçt şöbəsində xəyal», Elçin),
Poloni («Hamlet», U. Şekspir),
Sarı («Varlı qadın», Ə. Əmirli),
Aqabo Boqveradze («Kaş araba aşmayaydı!..», O. İoseliani)
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
http://az.wikipedia.org/wiki/Səyavuş_Aslan

#doğum #səyavuş #günüdür #aslanın #gün #bu #bugünsəyavuşaslanındoğumgünüdürhəyatıaslanovsəyavuşməmmədağaoğluazərbaycanrealistaktyorməktəbiningörkəmlinümayəndələrindənbiri1935-ciilsentyabrayının5-dəbakıdadoğulubaktyorluğahəvəskarkimidramdərnəyindənbaşlayıb1954-cüildəazmüddətmusiqilikomediyaestradatruppasında1958-ciildəqubadövlətdramteatrındaişləyibuzunillərazərbaycandövlətmusiqilikomediyateatrınınaparıcıaktyorlarındanidibirmüddəthəminteatrınbədiirəhbəriişləyib1994-1996vəbirçoxobrazlarınmahirifaçısıolmuşdurbayramkəndimizinmahnısıkkərimovibişovözümüzbilərikşqurbanovfürzuzbalaaltıqızınbiripəriməlizadəşubayulduzdadaşbalahicransrəhmanqəmzəliqaçırılmışqızcməmmədovmisirnəsirlənətsənəkorşeytanfaşurovorduxanbəyəlliyaşındacavanzhacıbəyovsəyavuşaslan1984-cüildənakademikmillidramteatrınınaktyorudurvəbirçoxrəngarəngobrazlaryaradırmindillinişanlıqızsrəhmanlukahəyatındibindəmqorkiağaəligünahrəlizadəromulavqustulböyükromulfdürrenmattoddamdıodgəliniccabbarlıfərişbizimqəribətaleymiziəfəndiyevcabbarsevgililərincəhənnəmdəvüsalıiəfəndiyevağamusafərəcovdəlilərvəağıllılariəfəndiyevvanyakoxahökmdarvəqızıiəfəndiyevqəribqulammənsizdünyanxəzriəsdullaahparispariselçinkişimənimərimdəlidirelçinbaşredaktormənimsevimlidəlimelçinyoldaştəkpoçtşöbəsindəxəyalelçinpolonihamletuşekspirsarıvarlıqadınəəmirliaqaboboqveradzekaşarabaaşmayaydıoioselianiteleviziyatamaşalarındayüzdənçoxobrazifaedibsəyavuşaslanteatrvəkinoyaradıcılığındakısəmərəlifəaliyyətinəgörə1974-cüildəazərbaycanrespublikasınıəməkdarartisti1982-ciildəxalqartistifəxriadlarıilətəltifolunubprezidenttəqaüdçüsüdürhttpazwikipediaorgwikisəyavuş_aslan

Следующее видео