Interaz

"Bavariya" Almaniya Superkubokunu qazanıb

56 077
0
0
01:08

Опубликовано:

Bakı, 13 avqust, SalamNews, R.Nadirli. Almaniya Superkubokunun yeni qalibinin adına aydınlıq gəlib.

SalamNews xəbər verir ki, həlledici görüşdə "Borussiya" (Dortmund) və "Bavariya" klubları üz-üzə gəlib. Adətən superkubok görüşündə ölkə çempionu ilə kubokun sahibi qarşılaşır. Lakin ötən mövsüm "Bavariya" hər iki yarışda məhz "Borussiya" klubuna məğlub olduğundan Münhen təmsilçisi hər iki turnirin finalçısı kimi bu görüşdə iştirak etmək hüququ qazanıb.Lakin "Bavariya" bu görüşdə Dortmund təmsilçisindən qisasını almağa müvəffəq olub. Oyuna yaxşı başlayan "Bavariya" ilk hissəni 2:0 hesabı ilə başa vurub. Fasilədən sonra da üstünlüyünü qoruyan Münhen təmsilçisi Superkuboka sahib çıxıb - 2:1.


12 avqust

"Bavariya" - "Borussiya" (Dortmund) - 2:1

Qollar: Mandzukiç, 6 (1:0), Müller, 11 (2:0), Levandovski, 75 (2:1)

Следующее видео