Ceyhun Məmmədov

BakuKhan – Hekayənin sonu x Ceyhun Məmmədov.

32 463
0
0
06:30

Опубликовано:

Cover by: Israfil Sadikhoff
Design - BakuKhan
Featuring: Bakixan Babayev, Ceyhun Memmedov
Mix&Mastering: M Studio - Mehdi Qudretli
Beat: Free beat by DansonBeats, iinfynite beats,
All Rights Reserved.
___________________________________________________
BakuKhan – Hekayənin sonu x Ceyhun Məmmədov.

-INTRO-
Gecənin bir vaxti, bir qiz ata-anasından icazəsiz xəlvətcə evdən qaçdı, və onun nə səbəbdən qaçdığını və daha sonra başına nələrin gəldiyini uzun zaman heçkəs bilmədi...
Ta ki, bu haqda bir nəfər yazanadək....
-BakuKhan-
Yavaşca əsas qapını çöl tərəfdən bağladıqdan sonra bizim qız, həycanlı və üzü qızarmış halda döndü arxasına və düşünmədən addımladı bir müddət keçdikdən sonra nə isə oldu qəfil dayandı,
Ayaqyalındı və yaddan çıxmışdı qaranlığın bağrın yara biləcək gücə malik olan fanar,
Fanar olmasa hansı ovçu qaranlıqda qalar, nə isə məsələ bunda deyil hekayənin ardı var...
Qızımız qərar verdi ki dönsün geri bunlar işarətdi, ilahi nişanədi ki, alınmasın cəhd,
Elə zərərin yarısından dönmək bir xeyirdi düzdü gedib bir xeyli, daha sonra da evə donmək meyli, təəsüf ki aradan qalxdı, nə vaxt ki qız gördü ki evdəkilər qaçışdan agahdı,
Çarəsizcə son dəfə öz doğma evinə baxdı, indi bircə yol qalıb döndü qaranlığa və kiçik təpəni qalxdı.
----
Aldığı hər nəfəs atdığı hər addımda hissedirdi içinə dolan qaranlığın bəxş etdiyi həzzi, çünki bu vaxtacan gəzdiyi heç bir yer verə bilməmişdi ona, qaranlığda mövcud olan azadlıq hissini,
Qiz birdən diksindi, baxdı arxaya və nə görsə yaxşıdı,
Aşdığı kiçik təpədən yox əsər əlamət və tamam başqa yerdi bura, vapşe də yerdi bura,
Bun-dan son-ra da ar-tıq heç cür qız geri dönə bilməzdi...
-----
Təsəvvür elə ki, qaranlığın tam gücüylə hokm etdiyi bölgə,
Ay belə yoxdu göydə, nədə ki yerdə kölgə,
Çay belə yoxdu köydə, yollar döngə-döngə ey qız hələ də gec deyil bu dəli fikrindən dön gəl!
Bəli nəqədə dərinə getsən dönməy o qədər çətin olacaq,
Çılpaq ayaqlarda Şər, torpaqların izi qalacaq,
Nəqədə ehtiyatlla gedirsənsə get fərqi yoxdu, Çılpaq ayaqların hələ də iz salacaq
Sarışın eşitmirdi, ya da ki istəmirdi vaxt ayırıb eşitməy,
Hayqırırdı daxili vicdan və mən ama bizə baş qoşub istəmirdi ağlında tutduğu kor hədəfində o bir-neçə saniyə olsun belə gecikməy,
(ona elə gəlirdi ki) hər şey artıq asanlaşıb, qaranlığa da göz alışıb,
Bir azca daha çalışıb, başı qaçışa qarışıb,
Sağa-sola baxmadan, geriyə də baxmadan
Təkbaşına o yarışıb sonda hədəfə çata bilərdi...
Qaranlıq o qədə işləyib ki damara vicdan heç onu oyada bilərdi,
Ya da ki mən, amma bir balaca tərpədərdik,
Ruhu sanki dərbədərdi, ruhu sanki incə ipəy qaranlıqsa əldə qayçı, qanlı bərbərdi,
Qiz artıq anlamışdı yolun sonundakı uçurumu görəndə,
Qaranlığın al-qırmızı tək gözünü görəndə,
Hər şey artıq aydındı, əvvəlki tək heç bir xilas yolu yooxdu, ölümünsə baş tutacaq haqq-hesabı çooxdu.

-Ceyhun Məmmədov-
Qırılmış ümüd və son baxış
Bu həyat labirintindən tapılacaq çıxış.
Qara günəşin altında gəzən, ağ bədən
Soyunsun doğrunu, geyinsin yalanı
Bu elə şeytan üçün bəsdir.
Səhər yeməyinə qatdığı zəhər
Ya ayrılıqdır, ya da cəmiyyətin pis gözü.
İlan, sürünərək sual qoyar
Tanrı, səssiz dayanaraq cavab deyər.
İnsan uydurur hər zaman taxma qanadları
Çünki, biz fikirlərlə qurduq dünyamızı.
Ən güclü silahdır
Beyinə şüphə düşdüsə
Gecədən səhərə qədər oyaq qalar, insan gözləri.
Önəmli olan hekayənin sonudur
Yollar əvvəl necə oldusa
Elə də davam edəcək deyil axı.
Arada fasilə et
Şeytanla bir şərab iç
Sərxoş et onu və tap səhvlərini.
Gülümsə, gülümsə
Sizi ələ salacaqlar
Nə qədər gec deyil, doyunca gülümsə.
Başınızı qatacaqlar
Nə vaxt ki, bulanıq eynəklərinizi endirəcəksiniz yerə.
Onda da son Ya sizin sonunuz,
Ya da ki, qalstuklu klounların intiharı.
Hər bir hekayənin sonu önəmlidir
Bunu bil ki, ağlamaqla hekayə sonlanmır.
Keçmiş kəhanətləri gözlə
Yavaş-yavaş şəhərə yayılır, gözlə
Çünki, hər bir hekayənin sonu önəmlidir.

Youtube kanalı: BakuKhan-https://www.youtube.com/channel/UCace_mH0jsC766vTVZ0SgUw

Следующее видео

Top uğrunda mübarizənin sonu Video Machine 23 385 просмотра
QƏRİB MƏMMƏDOV ŞƏMKİR SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB Interaz 37 607 просмотра
Elariz Məmmədov - Sevgi nagili (Official Clip) - www.SAYTIM.az Ferid 64 465 просмотра