Baku Crystal Hall Official

Baku Crystal Hall-a ekskursiya

135 715
0
0
06:12

Опубликовано:

Baku Crystal Hall-un dəstəyi və Mur & Marya's blog-un təşkilatçılığı ilə 25 fevralda Crystal Hall-da məktəblilərin növbəti ekskursiyası oldu. Bu dəfəki ekskursiyanın iştirakçıları 160 saylı məktəbin 5-ci sinif şagirdləri və onların valideynləri idi. Qonaqlarımız bu dəfəki gəzintidə də Arenanın VVİP və VİP zonalarında, səhnəarxası zonada, artistlər üçün nəzərdə tutulmuş istirahət və qrim otağlarında, həmçinin Jennifer Lopez, Shakira, Rihanna, Nicole Scherzinger kimi dünya ulduzlarının arenadaki konsert zamanı istifadə etdikləri otaqlarda, ofis binasında və mətbuat mərkəzində olublar. Eləcə də, hazırda çəkilişləri davam edən "Breyn Rinq" bilik yarışının çəkiliş meydançasında da oldular. Ekskursiyanın sonunda uşaqlar arenadan xoş əhval-ruhiyyə və pozitiv emosiyalarla ayrıldılar. Biz inanırıq ki, bundan sonra da onlar Crystal Hall-u bu cür xoş hisslərlə yada salacaqlar.
Bizim əsas məqsədlərimizdən biri elə məhz budur ki, qonaqlarımız hər zaman Baku Crystal Hall haqqında müsbət və pozitiv fikirlərdə olsunlar. Bunun üçün də kimliyindən asılı olmayaraq, qonaqlarımızı gülər üzlə qarşılayır, onlara pozitiv enerji ilə xidmət edir və müsbət emosiyalarla yola salırıq.

Следующее видео