Thewolf

Bakıda avtoşların buzda məharəti

95 812
0
0
03:58

Опубликовано:

Bakıda hökm sürən qarlı və şaxtalı hava şəraitində avtoxuliqanlar yenə küçələrdə öz "məharətləri"ni göstəriblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, buzlu havada avtoxuliqanlar təhlükəli manevrlər edərək insan həyatı üçün təhlükə yaradırlar.

Ötən il Bakıda yol polisi əməkdaşları tərəfindən 282 avtoxuliqan müəyyən edilib. Onların işi məhkəmələrə verilib və inzibati qaydada cəzalandırılıblar.

Əsədov avtoxuliqanlarla mübarizədə qanunun imkan verdiyi bütün tədbirlərin görüləcəyini vurğulayıb.

O deyib ki, avtoxuliqanlar açıq-aşkar təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradırlar.

Bölmə rəisi bildirib ki, avtoxuliqanların çalışdığı və təhsil aldığı müəssisə rəhbərliyinə intizam tənbeh tədbirlərinin görülməsi üçün təqdimatların və ya onların valideynlərinə belə yazılı məlumatların verilməsinə başlanılıb.

Qeyd edək ki, avtoxuliqanlığın cinayət əməli kimi Cinayət Məcəlləsinə daxil edilməsi təklif olunur.

Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb. Videokameranın lentə aldığı görüntülərdə taksi sürücülərinin avtoxuliqanlıq etdiyi müəyyənləşib.

Следующее видео