Aliyev Ali

Bakıda 2 tələbə “KamAZ”ın altında can verdi - HADİSƏ ANI

24 226
0
0
00:31

Опубликовано:

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV-nin məlumatına görə, paytaxtın Binəqədi rayonu ərazisində yük maşını 2 tələbəni vuraraq öldürüb.
17-BC-869 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı maşının altında qalan Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızı hadisə yerində keçinib.

Sürücü - Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlu saxlanılıb.
Hadisə şahidləri qəzanın baş verdiyi yolda işıq sisteminin və piyada keçidinin olmadığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Следующее видео