Ramin

Bakı Musiqi Akademiyasının yaradılmasının 90 illiyinə həsr olunmuş orqan musiqisi axşamı keçirilmişdir

54 102
0
0
00:44

Опубликовано:

Bakı, 9 mart (AzərTAc). Martın 9-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 90 illiyinə həsr olunmuş orqan musiqisi axşamı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konsert orqanda Azərbaycan Respublikası dövlət himninin səslənməsi ilə başlanmışdır. Himni orqan üçün işləyən musiqişünas, Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının orqan ifaçılığı kafedrasının müdiri Tahirə Yaqubovadır.
Konsertdə Şəfəq Abdullayeva, Fəridə Əsgərzadə, Səidə Qasımova, Nigar Qəhrəmanova, Natəvan Quliyeva, Aliyə Mahmudzadə, Nigar Məmmədova və başqalarının ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənmişdir.
Konsert alqışlarla qarşılanmışdır.

Следующее видео