Ramin

Bakı Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

92 906
0
0
01:36

Опубликовано:

Bakı, 2 aprel (AzərTAc). Aprelin 2-də Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
AzərTAc xəbər verir ki, BDU-da keçirilən imzalanma mərasimində bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmişdir.
Prezident İlham Əliyevin elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan rektor bu sahələrdə qazanılan uğurlardan danışmışdır.
Akademik A.Məhərrəmov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini, Azərbaycanın Avropa təhsil məkanına- Bolonya prosesinə qoşulduğunu xatırlatmışdır.
Bakı Dövlət Universitetinin fəaliyyətindən bəhs edən rektor bu ali məktəbin ayrı-ayrı fakültələrində ingilis dili qruplarının olduğunu, növbəti ildən isə bütün fakültələrində bu dil üzrə qrupların yaradılacağını qeyd etmiş, təhsil müəssisəsi ilə ADU arasında əməkdaşlığın genişlənməsinin BDU-da xarici dillərin tədrisinin səviyyəsinin daha da yüksəlməsinə töhfə verəcəyinə inamını diqqətə çatdırmışdır.
ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov universitetlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış, ADU ilə BDU-nun əməkdaşlığının səmərəli olacağına əminliyini bildirmişdir.
Sonra memorandum imzalanmışdır.
Sənədi BDU-nun rektoru A. Məhərrəmov və ADU-nun rektoru S.Seyidov imzalamışlar.
Memorandumda birgə konfrans və seminarların keçirilməsi, elmi araşdırmaların aparılması, tələbə və təcrübə mübadiləsi, digər məsələlər nəzərdə tutulur.

Следующее видео