Interaz

Azərbaycanın daha 2 boksçusu London Olimpiadasında 1/4 finala adlayıb

39 036
0
0
02:37

Опубликовано:

Bakı, 2 avqust, SalamNews, R.Nadirli.XXX London Yay olimpiadasında daha 2 boksçumuz rinqə çıxıb.

SalamNews xəbər verir ki, 56.kq-da yarışan Məhəmməd Abdulhəmidov qüvvəsini sınayıb. Mübarizəyə 1/8 finaldan başlayan təmsilçimiz yaponiyalı boksçu Satoşi Şimizu ilə üz-üzə gəlib. Bu görüş isə Bakı vaxtı ilə saat 01:20-də başlayıb.İlk raund təmsilçimizin üstünlüyü ilə keçib - 4:2. İkinci raund da M.Abdulhəmidovun xeyrinə başa çatıb. İdmançımız rəqibini ikinci dəfə noqdauna salıb - 12:5. Üçüncü raundda da üstünlüyünü qoruyan boksçumuz 1/4 finala yüksəlib.Son olaraq isə rinqə 91. kq-da Teymur Məmmədov dəvət olunub. Dünya çempionatının gümüş mükafatçısı 1/8 final mərhələsində avstraliyalı Tapu Opetaya ilə döyüşüb. Həmin görüşün qonqu isə Bakı vaxtı ilə saat 01:30-da vurulub.İlk raund bərabər səviyyədə keçib - 5:5. İkinci raundda da ssenari dəyişməyib. Hər iki boksçunun zərbələri bərabər olub - 9:9.Qeyd edək ki, Qeyd edək ki, London Olimpiadasına 7 kişi, 1 qadın boksçu ilə yollanan millimizin artıq 3 idmançısı mübarizəni dayandırıb.

Следующее видео

Azərbaycan Ordusunda daha bir itki Ali 28 629 просмотра
İlham Əliyev Azərbaycan polisi və müxalifət haqqında Samir 37 790 просмотра
facebook