Aliyev Ali

Azərbaycanda internet öldü (16.11.2015)

10 804
0
0
03:33

Опубликовано:

Bu gün ölkənin 90 faizi internetsiz qaldı. Bu hadisə internet əsrində demək olar ki, ilk dəfədir Azərbayanda baş verdi. Əsas versiya kimi ölkənin 90 faizini internetlə təmin edən "Delta Telekom"da tüstülənmə və avadanlıqların sıradan çıxması göstərilsə də təxribat versiyası da araşdırma predmetidir.
Bu gün 16 noyabr 2015 saat 16-30 radələrində ölkə üzrə internetin verilişi dayandı. Buna xətlərdə baş verən yanğın səbəb olub. Ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətinin ərazisinə dərhal dövlət yanğından mühafizə xidmətinin iki yanğınsöndürən maşını, yanğınsndürmə briqadaları, polis əməkdaşları cəlb olunub.
FHN DYMX-dən verilən məlumata görə, "Delta Telekom"un data mərkəzində naqillərdə tütstülənmə olub. Yanğın qeydə alınmadığından heç bir müdaxilə edilməyib, tüstülənməyə səbəb xətlərin həddən artıq yüklənməsi, qızmasıdır.
"Delta Telekom LTD"-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov açıqlamasında bildirmişdir ki, data mərkəzində kabel xətlərində tüstülənmə baş verib. Az bir sahədə yanma olub.
"Ana kabel yanıb. İndi həmin kabel bərpa olunur, bundan sonra internet olacaq. Baş vermiş prosesin aradan qaldırılmsı üçün iş gedir. Bununla bağlı texniki məsələlər aradan qaldırılır, ehtiyat avadanlıqlar işə salınacaq. Qısa müddətdə bərpa olunacaq", Anar Gülməmmədov bildirib.
"Delta" şirkətinin nümayəndəsi kiber hücum olması ilə bağlı məlumatları əsassız adlandırdı. RYTN səlahiyyətlərini icra edən İltimas Məmmədov da söyləmişdir ki, təxribat versiyası barədə danışmaq hələ tezdir, hazırda araşdırmalar gedir, bütün mümkün versiyalar yoxlanılacaq.
"Delta" telekom ölkənin əsas intenet provayderidir, respublikanın təxminən 80-90 faizini internetlə bu şirkət təmin edir. İnternetin olmaması səbəbindən problem avtomatik olaraq digər sahələrə təsir edib. Xüsusilə bank sektoruna. Banklar əməliyyat həyata keçirə bilməyib, pulköçürmə sistemi dayanıb. Bankamatlar ,ödəmə terminalları işləməyib. İnternetin olmaması KİV-in işinə də mənfi təsir edib.
Bir sözlə bügün Azərbaycanda internetin ölən günüdür

Следующее видео

Azərbaycanda seçkilər - 1 Noyabr 2015 Zahid Baku 8 536 просмотра
Kurtlar Vadisi Pusu 271.Bölüm Fragmanı (12.11.2015) Aliyev Ali 14 259 просмотра
Kurtlar Vadisi Pusu 270.Bölüm 1.Part (05.11.2015) Aliyev Ali 12 304 просмотра
Kurtlar Vadisi Pusu 270.Bölüm Fragmanı (05.11.2015) Aliyev Ali 9 362 просмотра
Kurtlar Vadisi Pusu 255.Bölüm 1.Part (16.04.2015) Aliyev Ali 12 507 просмотра
Azərbaycanda internet su qiymətinə olacaq Aliyev Ali 46 785 просмотра
facebook