Ramin

Azərbaycan və Gürcüstan prezidentləri birgə nahar etmişlər

81 376
0
0
00:31

Опубликовано:

Bakı, 7 mart (AzərTAc). Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Saakaşvili martın 7-də “Jumeirah Bilgah Beach Hotel” ilə tanış olmuşdur.
Gürcüstan dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.
Məlumat verildi ki, “Jumeirah Bilgah Beach Hotel” “Jumeirah Group”un MDB məkanında ilk otelidir.
Dövlət başçıları otel kompleksinin ərazisini gəzdilər, kompleksin müxtəlif mərtəbələrinə baxdılar.
Sonra Prezident İlham Əliyev və Prezident Mixeil Saakaşvili birgə nahar etdilər.

Следующее видео