Django Mango

Azərbaycan TV-lərinə reklam verən şirkətlər mütləq izləsin

50 367
0
0
47:29

Опубликовано:

"Sizin Saat" verilişinin efirə getməyən buraxılışında, aparıcı Kamran Həsənli Azərbaycan telekanallarında reytinq məsələsinin görünməyən tərəflərinə toxunub və aparılan sorğulara görə Azərbaycan vətəndaşları yerli kanallara elədə maraq göstərmirlər... Buna misal olaraq, telekanallarımızın doğru məlumat çatdırmaması səviyyəsiz verilişlərin və səviyyəsiz aparıcıların zəngin olmasını və s. göstərmək olar.
Telekanallarda reklam yerləşdirən şirkətləri aldadırlar ki, guya onların reklamlarını milyonlarla insanlar izləyir, amma əslində həmin reklamları Azərbaycanda yox, İrandan və s. qonşu ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən daha çox izləyirlər, bu da, təbii ki, bu reklamlardan Azərbaycanda gəlir əldə etmək isətəyən şirkətlərə heç bir müsbət təsiri olmur.
Televizorların artıq radioların yerlərini almağa başlaması səbəbilə də reklam şirkətlərinə məsləhət görərdim ki, reklamlarını internet üzərindən yayımlasar bu həm onlara ucuz başa gələr, həm də reklamlarının unikal baxış saylarını tam dəqiq öyrənmiş olarlar.
TV-də yayımlanan reklamınızın unikal baxış sayını heç kim sizə dəqiq deyə bilməz. Çünki buna görə televizorlarda hər hansısa bir qurğu quraşdırılmayıb. Aldanmamaq üçün reklamlarınızı doğru ünvanlarda yerləşdirməyə səy göstərin, hətda internetdə belə yerləşdirmiş olsanız, reklamınız Azərbaycandan gəlir əldə gətirəcək məhsul və ya obyektdirsə həmin reklamın Azərbaycanda izlənməsindən əmin olmağa çalışın ki, buna görə boş pul xərcləmiş olmayasınız.

Следующее видео