Video Machine

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı güclənir

6 082
0
0
03:56

Опубликовано:

Azərbaycan prezidentinin Türkiyə Silahlı Qüvvələrinin kontinqentinin yerləşdirilməsi məqsədilə Azərbaycanda yer ayırması haqda fərmanı iki ölkə arasında strateji müttəfiqliyin ruhuna cavab verir. Millət vəkili Aydın Mirzəzadə belə deyir. Onun sözlərinə görə, bir neçə ildir ki, iki ölkə birgə hərbi təlimlər keçirir. Hərbi kadrların hazırlanması, eyni silahlarla silahlanmanın həyata keçirilməsi dövlətlər arasında inteqrasiyanı ən yüksək həddə çatdırıb:

“Bu hərbi bazanın yaradılması deyil, bu kiçik bir kontingentdir, konkret bir vəzifə yerinə yetirir. Onun Azərbaycan ərazisində yerləşdirilməsi Türkiyə SQ-nin götürdüyü öhdəliklərin yerinə yetirilməsidir. Azərbaycanın digər ölkələrlə hərbi-texniki əməkdaşlıqla bağlı artıq təcrübəsi var və Türkiyə SQ iəl bağlı bu praktikada Azərbaycanın artıq beynəlxalq aləmdə ciddi bir tərəfdaş rolunu oynadığını göstərir. Eyni zamanda, iki dövlət arasındakı münasibətlər kifayət qədər sıx və dərindir. Bu baxımdan, artıq hərbi-texniki əməkdaşlığın yeni formalarının aparılmasına da gətirib çıxarır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın hərbi doktrinasında müstəsna hallarda ölkə ərazizində digər dövlətlərin SQ-nin yerləşdirilməsi ilə bağlı xüsusi müddəa var. Fərman da məhz bu hüquqi normativə söykənilərək verilib. Həmçinin gələcəkdə Türkiyə ərazisində də Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin yerləşdirilməsi də istisna deyil:

“Bu baxımdan Azərbaycanda Türkiyə SQ-nin kiçik bir kontingentinin yerləşməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi iki ölkə arasında bağlanmış sənədlərin, eyni zamanda iki dövlət arasındakı dostluğun bugünkü mahiyyətinə tam cavab verir. Azərbaycanda yerləşdirilən Türkiyə SQ-nin nümayəndələrinin təyinatı, yerinə yetirəcək işlərlə bağlı əlavə məlumat veriləcək. əsas məsələ, bu gün iki dövlət arasında inteqrasiyanın yeni bir mərhələyə qalxması həmçinin iki ölkənin bir-birinin ərazi bütövlüyünün qorunması üçün birgə fəaliyyət göstərmək praktikasının yaranmasıdır.”

Hərbi ekspert Yaşar Aydəmirov da bu fərmanın mahiyyətini yüksək qiymətləndirir və sənədin iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığının təzahürü olduğunu bildirir:

“Sülhməramlı Qüvvələrimiz xarici ölkələrə, məsələn Kosovo, Əfqanıstana göndəriləndə, Türkiyənin HHQ-nin hərbi nəqliyyat vasitəsi ilə onlar göndərilib. Onlar da bu aerodromdan H.Z.Tağıyev qəsəbəsində dislokasiya olunan uçuş zolğından qalxır və həmin istiqamətlərə yönəlir. Bu işi daha da təkmilləşdirmək, müasirləşdirmək, texniki məsələləri daha tez həll etmək üçün bu qərar qəbul olunub. NATO standartlarına gətirib uyğunlaşdırılması üçün orada olan cihazların, qurğuların o səviyyəyə alınması, sözsüz ki, Türkiyə SQ tərəfindən bu işlər aparılacaq. Bununda bizə xeyiindən başqa, heçbir ziyanı, zadı yoxdur.”




Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbi qulluqçularımızın Kosovo, İraq və Əfqanıstana yola salınması üçün istifadə edilir. Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub. Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təsdiq edilmiş Protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkəmizdə fəaliyyət göstərən və “Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin ölkəmizdəki hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib. Bu protokol həmin tikilidə icarəçinin təmir-bərpa işlərini aparması üçün hüquqi imkan yaradır”.

Следующее видео

Mücahidlər hərbi bazanı partlatdı Vision Tv 8 394 просмотра
facebook