Ramin

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşavirini və iqtisadi və regional inkişaf nazirini qəbul etmişdir

101 560
0
0
01:11

Опубликовано:

Bakı, 15 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Serbiya Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçi və iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul etmişdir.
Xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi ki, Serbiya Prezidenti Azərbaycanın Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya Prezidentinin Bakıya və Azərbaycan Prezidentinin Belqrada səfərlərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Serbiya Prezidenti Boris Tadiçlə keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında bu görüşlərin vacib rol oynadığını dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
Prezident İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Следующее видео