Aliyev Ali

Azərbaycan gəncləri Azərbaycan dövlətinin cəriməsini 5 qəpikliklərlə ödəyəcək :)

31 321
0
0
02:17

Опубликовано:

Yanvarın 12-də "Əsgər ölümlərinə son" çağırışlı etiraz aksiya zamanı saxlanılaraq yüksək məbləğdə cərimələnən fəallara dəstək üçün Facebook sosial şəbəkəsində səhifə yaradılıb və yardım toplanışına başlanılıb. Təşkilatçılar hər kəsi "5 qəpik" yardıma səsləyən çağırış ediblər. Apellyasiya Məhkəməsi cərimələrlə bağlı qərarı ləğv etməsə, toplanacaq pullar cərimələr üçün istifadə olunacaq. Fəallar cəriməni ödəməkdən imtina etsələr və ya ödəməli olmasalar, toplanan vəsait şəhid olmuş əsgərlərin ailələrinə veriləcək.
Kampaniyaya dəstək üçün M.Muxtarov, 149 ünvanında (Nizami metrosu yaxınlığında) yerləşən Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisinə gələrək 50 manatadək kağız pulla və ya 5 qəpiklərlə ianə vermək mümkündür. Yığılan vəsait cərimə kimi ödənilsə, qəpiyə çevriləcək. Cərimə ödənməsə, manat kimi şəhid əsgər ailələrinə veriləcək. Təşkilatçılar yığılan vəsait barədə gündəlik açıqlama verəcəklər.

Следующее видео