Shahin Asadov

Anam bacim rus gelin

42 996
0
1
01:42

Опубликовано:

Elşən və əmisi qızı Mətanət arasında göbəkkəsdi olub. Uşaqlıqdan bütün qohumlar onların toylarını səbrsizliklə gözləyiblər. Amma, Tofiq əsgərlikdən qayıdandan sonra ailə qurmaq əvəzinə Rusiyaya işləməyə gedir. O, Mətanətə söz verir ki, pul qazanan kimi Bakıya qayıdıb toy edəcək və onlar xoşbəxt yaşayacaqlar. Elşən Moskvaya gedir, Mətanət və qohumlar isə onun qayıdışını gözləyirlər. 6 il sonra Elşən Bakıya qayıdacağını xəbər verir. Ailə üzvləri süfrə açıb yeganə oğullarını gözləyirlər. Mətanət və ailəsi də Elşənin gəlişi münasibəti ilə onlara gəlirlər. Qapı açılır və Elşən Marina adlı bir rus xanımla içəri daxil olur. Marinanı həyat yoldaşı kimi təqdim edir. Bayram süfrəsi matəmə çevrilir. Tofqiqin valideyinləri ondan boşanmasını tələb edirlər. Elşənin atası ilə ortaq olan Mətanətin atası da Marinanı geri qaytarmazlarsa qardaşıyla arasındakı iş birliyinə son qoyacağını deyir.Elşən isə Marinadan ayrılmayacağını bildirir. Mətanət öz sevgisi uğrunda mübarizə aparmaq qərarına gəlir və nəyin bahasına olursa olsun Elşənə ərə getmək üçün əlindən gələni etməyə başlayır. Bütün ailə bu işdə ona dəstək olmaq qərarına gəlirlər. Beləliklə Marina və Mətanət arasında mübarizə başlayır. Arada qalan Elşən Moskvaya qayıtmaq istəyir. Lakin sənədlərdə problem olduğu üçün geri qayıtmaq alınmır. Marina bütün üsullara əl atıb Elşənin ailəsinin sevgisini qazanmağa çalışır. Və beləcə mübarizə davam edir...

Следующее видео