Video Machine

Almaniya parlamentinin "soyqırım" qərarı necə baş verdi

52 646
0
0
02:09

Опубликовано:

lmaniya parlamenti ermənilərin Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında öldürülməsini "soyqırım" adlandıran qətnaməni qəbul edəndən sonra Türkiyə Berlindəki səfirini geri çağırıb.
Almaniya parlamenti sözügedən qətnaməni demək olar ki, yekdilliklə qəbul edib.
Qətnamə Berlin və Ankara arasında münasibətlərə ciddi ziyan vurdu, iqtidar AKP-nin sözçüsü Yasin Aktay deyib.
Almaniya kansleri Angela Merkel Bundestaqın qərarını belə şərh edib: "Almaniyanı Türkiyəyə birləşdirən çox şey var. Hansısa fərdi məsələdə razılaşmasaq da, əlaqələrimizin, dostluğumuzun, müdafiə sahəsi və digər məsələlərdə strateji bağlılığımızın genişliyi əladır. Bütün bunlara əlavə olaraq ölkəmizdə yaşayan 3 milyon Türkiyə vətəndaşı var".
NATO baş katibi Jens Stoltenberg isə Türkiyə ilə Ermənistan arasında "mümkün qədər qısa bir zamanda əlaqələrin normallaşmasını" görəcəyinə ümid etdiyini bildirib.

BBC Azeri: Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr.

Bizi sosial şəbəkələrdə izləyin -
Facebook: https://facebook.com/BBCAzeri
Twitter: https://twitter.com/BBCAzeri
Instagram: https://instagram.com/bbcazeri/
Google+: https://plus.google.com/+bbcazeri
VKontakte: https://vk.com/bbcazeri

Следующее видео