Ramin

Ali qonağın şərəfinə

53 717
0
0
03:28

Опубликовано:

Bakı, 30 mart (AzərTAc). Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin və xanımı Raisa Atambayevanın şərəfinə rəsmi ziyafət verilmişdir.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana səfərinin çox böyük əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev bildirdi ki, bu səfərlə əlaqələrimizin tarixində yeni səhifə açılır. Ölkələrimiz arasındakı münasibətlərin gələcəkdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı dedi ki, son dövrdə Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişafı gələcək münasibətlərin yüksək səviyyədə olmasına nikbinlik yaradır. Prezident İlham Əliyev onu da bildirdi ki, hər iki xalqın əməkdaşlıq əlaqələrinin çoxəsrlik tarixi vardır. “Bizim ölkələri tarixi köklər bağlayır”, - deyən Azərbaycan Prezidenti ölkələrimizin müstəqillik tarixinin də eyni olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Qırğızıstanın inkişafında Azərbaycan daim onun yanında olacaqdır. Prezident İlham Əliyev səfər çərçivəsində imzalanan sənədlərin əhəmiyyətindən danışdı, son illərdə münasibətlərdə yaranan boşluğu doldurmaq üçün siyasi iradənin olduğunu vurğulayaraq dedi:
- Biz bir yerdə olmalıyıq. Bizim gücümüz birlikdədir. Bunun üçün eyni tarixi köklər vardır. Bizim həm siyasi, həm də iqtisadi sahədə ümumi maraqlarımız mövcuddur. Biz beynəlxalq strukturlarda, BMT, İslam Əməkdaşlıq Təşkilatı, İƏT, MDB çərçivəsində fəal şəkildə qarşılıqlı fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İqtisadi sahədə bizim hələ fəxr edəcəyimiz bir şey yoxdur, əmtəə dövriyyəsi çox aşağı səviyyədədir. Ancaq yaxşı perspektivlər vardır. Bizim bu gün haqqında danışdığımız investisiya layihələri, Azərbaycan investisiyaları ilə bağlı layihələr, o cümlədən enerji, bank, turizm sahələrindəki layihələr iqtisadi əlaqələrimizi möhkəmləndirməyə kömək edəcəkdir. Gələn ay artıq hökumətlərarası komissiyanın iclası keçiriləcəkdir. Yaxşı nəticələrə və danışdığımız məsələlərin səmərəli və tezliklə həllinə ümid edirik.
“Azərbaycan etibarlı tərəfdaşdır. Qırğızıstan üçün dost ölkədir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, investisiyalarla mövcud əlaqələri daha da möhkəmləndirmək olar. Dövlətimizin başçısı Almazbek Atambayevin Qırğız Respublikasının inkişafındakı rolunu qeyd etdi, bu ölkənin gələcəkdə mühüm uğurlara imza atacağına ümidvar olduğunu bildirdi.

X X X

Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycanda qardaş və dost ölkənin başçısı kimi səmimi qəbul olunduğundan məmnunluğunu bildirdi. Bakının çox sürətlə inkişaf etdiyini deyən Qırğızıstan Prezidenti Heydər Əliyev Fondunun fəaliyyəti ilə tanışlığından məmnun qaldığını vurğuladı və Fondun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. “Mən bu gün hiss edirəm ki, vədlərinə sadiq olan sanki öz qardaşımı tapmışam”, - deyən Almazbek Atambayev Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətindən danışdı və səylərin birləşdirilməsinin əhəmiyyətinə toxunaraq dedi:
- Düşünürəm ki, bizim buradan öyrənə biləcəyimiz çox şey vardır. Bir məsələni deyə bilərəm ki, biz daha sıx bir yerdə olacağıq. Çünki bir yerdə olanda həmişə asan olur. Zənnimcə, biz gələcəkdə birgə səylərlə çox iş görəcəyik. Belə bir səmimi qəbula, bu cür qardaşlıq münasibətlərinə görə minnətdaram.
Qırğızıstan Prezidenti Almazbek Atambayev sonda bir daha Azərbaycana tərəqqi və inkişaf arzuladı.

Следующее видео

Ali qonağın şərəfinə Ramin 75 796 просмотра
Ali qonağın şərəfinə Azertac 12 710 просмотра
Ali qonağın şərəfinə Azertac 13 425 просмотра
Ali qonağın şərəfinə Azertac 11 562 просмотра
Ali qonağın şərəfinə Azertac 12 312 просмотра
Ali qonağın şərəfinə Azertac 15 933 просмотра
Ali qonağın şərəfinə Azertac 16 317 просмотра
Ali qonağın şərəfinə Azertac 20 996 просмотра