maHitoo muzik

Akif İslamzadə - Qurban verərdim / Sözləri / Lyrics

66 030
0
0
03:59

Опубликовано:

Akif İslamzadə - Qurban verərdim / Sözləri / Lyrics
Söz: Rafiq Zəka Xəndan
Musiqi: Elza İbrahimova

Sözləri:
Mənə bircə kəlmə can söyləsəydin,
O bircə kəlmənə min can verərdim...
Ömrünü, gününü dərd eyləsəydin,
Ömrümü, günümü dərman verərdim...

Bezdirdim mən səni sədaqətimlə,
Qaldım həsrətinlə, müsibətinlə,
Könlümü, alsaydın bu zülmətinlə,
Sənə bir günəşli cahan verərdim...

O çağlar necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar,
Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim...

Elə ayrıldıq ki, səninlə ey gül,
Bir də ayrılıqdan ayrı düşmərik...
Ah, bu son hicranın vüsalı müşkül,
Dağ dağa rast gələr, biz görüşmərik...

Keçidlər:
►Yükləmə linki: https://goo.gl/y3fc53

Abunə ol:
►YouTube: https://goo.gl/vdyjkN
►Facebook: https://goo.gl/Icx4Jd
►Twitter: https://goo.gl/poQu50

Следующее видео