maHitoo muzik

Akif İslamzadə - Neyləyim? / Sözləri / Lyrics

64 643
0
0
05:35

Опубликовано:

Akif İslamzadə - Neyləyim? / Sözləri / Lyrics
Söz: Nigar Rəfibəyli
Musiqi: Emin Sabitoğlu

Sözləri:
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızıl güllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur, neyləyim?

Tez gələsən, bəlkə əlac verəsən,
Sünbüllerin saçın yığıb hörəsən...
Çiçəkləri kelib özün dərəsən,
Yolda qalır, baxışları neyləyim?

Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır neyləyim?

Keçidlər:
►Yükləmə linki: https://goo.gl/FipMQt

Abunə ol:
►YouTube: https://goo.gl/vdyjkN
►Facebook: https://goo.gl/Icx4Jd
►Twitter: https://goo.gl/poQu50

Следующее видео