Video Machine

Ağdam məscidinin hərbi qərargah kimi istifadəsi təsdiqlənib

29 171
0
0
01:03

Опубликовано:

İşğal altında olan Ağdam rayonundakı tarixi məscidin hərbi qərargah kimi istifadə olunması haqda məlumatlar artıq təsdiqini tapıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CBC-yə açıqlamasında bildirib ki, bu fakt əcnəbi jurnalistlərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərindən hazırlanmış reportajda yer alıb. Bu addım Ermənistanın da qoşulduğu 1954-cü il Vyana Konvensiyasına ziddir. Həmin sənədin birinci və ikinci protokollarına əsasən, hərbi münaqişə mədəniyyət abidələrinin hərbi təyinatlar istifadəsi tamam qadağandır. Və Azərbaycan hökuməti Ermənistanın növbəti qanunsuzluğu haqqında beynəlxalq ictimaiyyətə məlumat verəcək.

"Bu, sıradan olan fakt deyil. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına məxsus maddi, mədəni abidələrinin dağıdılması, talan edilməsi, vandalizmə məruz qoyması, bunlar dövlət səviyyəsində həyata keçirilən sistematik siyasətin tərkib hissəsidir. Bu əsnada tamamilə dağıdılmış Ağdam şəhərinin fonunda orda yerləşəm məsud hərbi bu beynəlxalq sənədlər, xüsusilə də1954-cü il Vyana Konvensiyası əsasında dövlətlərin üzərinə qadağalar qoyulub. Ermənistanın bu öhdəliklərini pozması barədə diplomatik nümayəndəliklər vasitəsilə, xüsusilə YUNESKO, İslam Əməkdaşıq Təşkilatı yanındakı nümayəndələrik vasitəsilə beynəlxaəlq ictimaiyyətə məlumatlar veriləcək".

Следующее видео